Page 195 - Islamic Studies 04
P. 195

194) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               atılmış qiymətli daşa bənzər. Buna görə, hər ikisinə də diqqəti
               yönəldib orta yolu tutmaq zəruridir.
                Elm, mərifət öyrənərkən də ifrat varmaq, yaxud geriyə qalmaq
               lazım deyil: Həm batini və əqli elmləri, həm də zahiri və şəriət
               elmlərini  öyrənmək  lazımdır.  Ayə  və  hədislərin  zahiri
               mənasını  öyrənib  əsas  mənasından  xəbərsiz  qalanlardan
               olmamalıyıq! Belələri özlərini alim hesab edib həqiqi alimlərin

               fikirlərini  öyrənmədən,  sözlərini  dinləmədən  onları  nadan,
               hətta yeri gəldikdə kafir də adlandırırlar.
                 Bütün  ömrünü  dəqiq  elmlərə  sərf  edib  hər  şeyi  ağlın
               ixtiyarına  buraxan,  ağlın  başa  düşə  bilmədiklərini  qəbul
               etməyənlərdən  də  olmamalıyıq!  Belələri,    hətta  Quran
               ayələrini də öz başa düşdükləri kimi təfsir edir, Peyğəmbərin
               (s)  hədislərinə  məhəl  qoymurlar,  şəriət  alimlərini  qınaq
               obyektinə çevirirlər. Peyğəmbərlərin vərəsələri sayılan alimləri
               savadsızlıqda ittiham edib, özlərini alim kimi qələmə verirlər.
               Ağılla  xəyalı  ayırd  etmədikləri  halda  özlərini  ağıllı  hesab
               edirlər.  Onlar  şəriətin  köməyi  olmadan  ağlın  heç  nə  edə
               bilməyəcəyindən  xəbərsizdirlər. Buna görə də, həm əqli, həm
               nəqli elmləri bir araya gətirmək, yəni ikisinin arasında olan bir
               mövqe seçmək lazımdır.
                Elm  öyrənmək  istəyən  şəxs,  hər  şeydən  öncə  Şəriət
               Sahibindən özünə bir bələdçi istəməli, sonra da ağlını həmin
               bələdçinin  ardınca  aparmalıdır.  Ağlını  işə  salmaqla  yanaşı
               ibadəti  də  öz  yerində  olmalıdır.  Məhz  belə  olduqda  ağlın
               gəldiyi nəticə şəriətə müvafiq olacaqdır.
                Ədalət  sifətinin  tələbinə  uyğun  olaraq  ağıl  qüvvəsi  digər
               qüvvələrə  hakim  kəsilməli,  hamısını  öz  hakimiyyəti    altında
               birləşdirməlidir.    Buna  görə  də  hamı  çalışmalıdır  ki,  bütün
               qüvvələrini ağlına tabe etsin. Belə olarsa, onda insan Allahın
               yer üzərindəki həqiqi xəlifəsinə çevrilər. Özünü islah etməyib
               ədalət  sifətinə  yiyələnməyən    insan  başqalarını  da  islah  edə
   190   191   192   193   194   195   196   197   198   199   200