Page 191 - Islamic Studies 04
P. 191

190) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

               tövsiyə  olunur.  “Ehsan  odur  ki,    Allaha  onu  görmüş  kimi
                                                                                 1
               ibadət edəsən. Əgər sən Onu görmürsənsə,  O səni görür.”
               Eqoizmin əxlaqa vurduğu zərərlər

               Eeqoizm fəsadların anası ( ummul- fəsad) və bütün günahların
               mənşəyi kimi tanınır.  Nəfsin paklaşdırılmasında ciddi maneə
               hesab edilir.

                 Bilməliyik  ki,    hər  bir  canlı  varlıq  özünün  zatına,    fel  və
               kamallarına məhəbbət bəsləyir.  Yəni təbii olaraq özünü sevir.
               Deməli, özünü sevmıyi tam şəkildə məzzəmmət etmək olmaz.
               Digər tərəfdən,  əvvəldə qeyd etdik ki insanda iki “öz” insani
               və heyvani  öz  mövcuddur. İlahi yönə  malik olan insani  nəfs
               vəya həmin öz,  mələkut aləmindən nazil olmuşdur.  Məqsədi
               insanı  yer  üzünün  xəlifəsi  qərar  verməkdir.    İnsani  öz  elm,
               həyat,    qüdrət,    rəhmət,    ehsan,    feyz  və  kamal  sifətlərinə
               meyillidir və onları sevir.  Deməli,  biz özümüzü bu yöndən
               sevərsək,  əxlaqi fəzilətlərə,  bütün kamallara və yaxşılıqların
               mənşəyinə yəni Allaha yaxınlaşacağıq.
               Bəyənilən  sifətlər  vücudumuzda  canlanacaqdır.    Yox  əgər
               heyvani  öz  dediyimiz  bütün  heyvani  qərizə  və  meyillərin
               arxasınca olub,  nəfsi -əmmarənin gücləndirsək,  agıl və imanı
               özümüzdən  uzaqlaşdırıb,    tədricən  heyvani  “mən”liyi
               sevəcəyik.
               Belə  olan  halda  həqiqi  insaniyətdən  uzaqlaşacaqıq  və  bu
               özünüsevmə bütün pisliklərin açarı və məzəmmət olunanıdır.
                Özünü  sevmək  yalnız  heyvani  istəklərin  təmin  olunmasıdır.
               Nəfs bu hədəfinə nail olmaqçün özünü azad hiss edir,  heç bir
               məsuliyyət qəbul etmək istəmir.  İnsan nəfsini razı salmaqdan
               ötrü  başqa  bir  hədəfi  olmadığından,    öz  hədəfinə  nail  olmaq
               üçün  bütün  yolları  mübah  sayır,    hər  bir  çirkin  işə  bəraət
               qazandırır. Bu yolda zülm etməkdən,  yalan danışmaq,  töhmət

               1 - Biharul-ənvar / 70 -ci cild
   186   187   188   189   190   191   192   193   194   195   196