Page 200 - Islamic Studies 04
P. 200
İslamda və Xristianlıqda axirətə inamın ortaq və fərqli
cəhətləri
1
Mirtagi Əsədov
Absrtakt
Bu məqalədə İslamda və Xristianlıqda axirətə inamın ortaq və
fərqli cəhətlərinə nəzər salacağıq. Xristianlar bu inancdadırlar
ki, insan maddi və qeyri-maddi olan iki həqiqətdən təşkil tapır.
İnsanın addi həqiqəti onun bədəni və qeyri-maddi həqiqəti,
onun ruhudur. Matta incili bu məsələyə təkid edir ki, bədən və
ruh insanı bütövlükdə təçkil edən iki hissədir. Müqəddəs İslam
dini də insanın iki tərəfli varlıq olmasına təkid edir. Müsəlman
teoloqlar bu əsas məsələni həm əql yolu ilə həm də nəql yolu
ilə isbat edirlər. Onlar deyirlər:
Şübhə yoxdur ki, insanın bədəni bütün xüsusiyyətləri ilə
birlikdə ölümdən sonra aradan gedərək torpaq şəklinə düşür.
Torpaq şəklinə düşüb tədricən, zaman keçdikcə başqa şeylərə
çevrilir.
Açar kəlmələr: İslam, xristianlıq, axirət, inam
. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl- 1
Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.