Page 193 - Islamic Studies 04
P. 193

192) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)

                   Nəticə
                  Fəzilətlərin ən üstünü, kamalın ən son həddi məhz ədalətdir.
               Ədalət varsa, deməli, bütün fəzilətlər də vardır. Ədalətin əksi
               zülmdür, zülm də bütün qəbahətləri özündə toplayır. Ədalət də
               elə  bir  xüsusiyyət,  elə  bir  keyfiyyətdir  ki,  onun  sayəsində
               bütün  işlər  normal  həddə  tənzimlənir,  insanın  nəfsindəki
               müxtəlif qüvvələr arasında uyğunluq yaranır, qüvvələrdən biri

               digərinə qarşı çıxmır.
                  Ədalətin  əsas  əxlaqi  fəzilətli  və  özəlliyi  ondadır  ki,  o
               müxtəlif  işlər  arasında  heç  bir  fərq  qoymur,  müxtəlifliyi,
               mübahisəni,  ayrıseçkiliyi  yatırır.  İnsanı  ayrı-ayrı  tərəflərə
               çəkmək  istəyən  qüvvələrin  hamısını  normallaşdırıb  ifrata
               varmağa  (həddini  aşmağa)  və  ya  əndazəsindən  geri  qalmağa
               qoymur.  Bütün  qüvvələr  sanki  birləşib  eyni  məqsədə  xidmət
               etməyə başlayırlar ki, bunun da nəticəsi olaraq vəhdət yaranır.
               Sözsüz  ki,  vəhdət  çoxluqdan  daha  yaxşı,  daha  üstündür.
               Deməli,  varlıqların  da  ən  üstünü  heç  bir  tərkib  hissəsi
               olmayan,  vəhdət  halında  olanıdır  ki,  bu  da  yalnız    Allah-
               Taaladır.    Digər  varlıqlar  da  məhz  Onun  sayəsində  var
               olmuşlar.    Dünyadakı  vəhdətlər  də  Onun  vəhdətinin
               təcəssümüdür. Vəhdətin elə bir xoş ətri vardır ki, onu əhli olan
               insanlar hiss edə bilərlər.
                 Ədalətin  işi  odur  ki,  hər  şeyi  ifrat  və  onun  əks  tərəfindən
               qoruyub orta həddə saxlasın.
                 Ədalət  ya  əxlaq  və  əməllər  baxımından  olur,  ya  pay
               bölgüsündə,  ya  camaatla  rəftarda,  ya  da,  idarəçilikdə.
               Sadalananların  hamısında  ədalətli  şəxs  odur  ki,  iki  tərəfdən
               birinə  meyl  göstərməyib  tam  obyektiv  olsun.  Hamıya  eyni
               gözlə  baxıb  normadan  ifrata  varmasın,  yaxud  normadan  geri
               qalmasın.  Bunun  üçün  də  hər  şeyin  normal  həddini  eləcə  də
               onun ifrat və qarşı tərəflərini tanımaq lazımdır. Bu isə olduqca
               çətin  məsələdir.  Hər  şeyin  normal  həddini    tanımaq  hamıya
   188   189   190   191   192   193   194   195   196   197   198