Page 130 - Islamic Studies 05
P. 130
Dində ixlas
1
Meysam Javadnia
Abstrakt
İxlas, ibadət olmayan hər hansı bir mübah əmələ belə ilahi
rəng vurub, Allaha yaxınlıq niyyətilə yerinə yetirərək, onu
ibadət dərəcəsinə qaldırıb, əcr və savaba yetişdirə bilir. Əgər
yemək və ya istirahət etmək yenidən qüvvə toplayıb, yaxşı
ibadət etmək və ya xalqa xidmət göstərmək üçün olarsa, ibadət
sayılar. Halbuki belə əməllər əslində ibadət deyildir. Deməli,
bu keyfiyyətə görə niyyətə əməlin ruhu və özülü demək olar.
Başqa sözlə desək, islamda ən mühüm məsələ hər bir şeyin
batini və həqiqi cəhətidir, çünki əməllərin dəyəri və qəbulolma
dərəcəsi ona bağlıdır. Əməlin keyfiyyət və dəyərinə niyyət
güclü təsir bağışladığı kimi, insan şəxsiyyətinin
formalaşmasına da böyük əhəmiyyətə malikdir. Əgər bizi
əhatə edən adamların şəxsiyyətini öyrənmək istəsək, bunu
onun düşüncə və məqsədlərində axtarmaq lazımdır.
Açar kəlmələr: Din, ixlas, niyyət, ibadət
Giriş
Ayə və rəvayətlərdən anlaşılır ki, sədaqət ibadətin
bünövrəsi və mayasıdır. Həqiqətən, sədaqət əsl bəndəyə xas
sifətdir. Təmiz məhəbbət olmadan ibadətin heç bir mənası
yoxdur. Buna görə də İmam Sadiq(ə) buyurur:
1 Hikmət və dinlərarası institunun müəllimi, Əl-Mustafa Beynəlxalq Virtual
Universiteti, Qum, İran