Page 134 - Islamic Studies 05
P. 134
133) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
İmam Sadiq(ə) də bu barədə bir hədisdə buyurur:
“Qiyamət günü Allah-təala insanları düşüncə və niyyətinə görə
sorğu-suala çəkər.”1
Əmirəlmöminin(ə) Cəməl döyüşündə qalib gələndən
sonra səhabələrindən biri o Cənaba dedi:
-Kaş qardaşım da bizimlə birgə olaydı, sizin düşmən
üzərində qələbənizi görəydi. Bu cihadın fəzilətində o da
bizimlə şərik olaydı.
Həzrəti Əli(ə) buyurdu:
-Qardaşın biz tərəfdəndirmi? Ürəyi bizimlədirmi?
O ərz etdi:
-Bəli.
Əmirəlmöminin (ə) buyurdu:
-Demək, o da bizimlə birgə bu döyüşdə vuruşubdur.
(Təkcə o yox, əksinə) ataların belində, anaların bətnində olan
bizimlə bir əqidədə olanlar da bu döyüşdə bizimlə birgə
vuruşublar. Tezliklə zaman onları dünyaya gətirəcək, din və
iman onların vasitəsilə qüdrətli olacaqdır.”2
İbn Əbil Hədid bu xütbəni bəyan edəndən sonra yazır:
“Əbul Əsvəd Duəli belə nəql edir: Əmirəl-möminin(ə) Cəməl
döyüşündə qalib gələndən sonra bir dəstə mühacir və ənsarla
(mən də onların arasında idim) Bəsrə şəhərindəki beytül-mal
saxlanılan binaya daxil oldu. O Həzrətin gözü orada olan var-
dövlətə sataşanda onlara xitab olaraq dedi: «Ey dirhəm və
dinarlar! Məndən başqasını aldadın». Sonra Həzrəti Əli (ə)
fərman verdi ki, səhabələrdən hər birinə beş yüz dirhəm
verilsin. Dirhəmlərin hamısı səhabələr arasında bölüşdürülüb
qurtarandan sonra Əbul Əsvəd dedi: «And olsun
Mühəmməd(s)-i peyğəmbərliyə seçən Allaha, adamların sayı
« Vəsailüş - şiə » İslamiyyə çapı - s / c I : 34/ hədis № 5; 1
“Biharül-ənvar” Beyrut çapı: LXVII/s-209.
« Nəhcül - Bəlağə » Feyzül - İslam : Xütbə №12. 2