Page 132 - Islamic Studies 05
P. 132
131) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
“Allahdan başqa bir şeyi özündə saxlamayan qəlb sağlam
qəlbdir. Şirk və ya şəkk-şübhə içində olan qəlb isə
xəstədir....”2
Müxləslər cərgəsində yalnız bütün əməlləri Allah üçün
olan şəxs addımlaya bilər, belə ki bununla bağlı sevimli
Peyğəmbərimiz(s) buyurur:
“De: “Mənim namazım da, ibadətim də, həyatım və
ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir
şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk
müsəlmanam!” («Ənam» - 162,163).
• İxlasın mənəvi gücü
İxlasın təsiri o qədər güclüdür ki, sadə əməlli savaba
çevirir və hər hansı bir cəbhəni müdafiə, havadarlıq etməklə
əzab və savabda o cəbhə ilə şərik olur.
İmam Sadiq(ə)-dən «cəhənnəm əhli cəhənnəmdə, cənnət
əhli isə cənnətdə niyə görə əbədi qalır?»- deyə soruşduqda o
Həzrət belə buyrurur:
“Cəhənnəm əhli dünyada əbədi olaraq qalsaydı, həmişə
Allaha asi olacaqlarını niyyət etdiklərindən cəhənnəmdə,
behişt əhli isə əgər dünyada həmişəlik qalarlarsa, daim Allaha
ibadət edəcəklərini düşündüklərindən cənnətdə əbədi olaraq
qalacaqlar.Onların hər ikisi niyyətinə görə cənnət və
cəhənnəmdə əbədidir. Sonra isə bu ayəni tilavət etdi:
“De, hər kəs öz əxlaqına uyğun əməl edər.”3
« Müstədrəkül - vəsail » / c I səh - 10. 1
« Müstədrəkül - vəsail » s / c I .10. 2
“ B iharül - ənvar ” Beyrut çapı : LXVII - s / 209; 3
«Vəsailüş-şiə» I c/s-36;
“Üsuli-kafi” İslamiyyə çapı: II c/s-85;