Page 135 - Islamic Studies 05
P. 135

Dində ixlas (134

               on iki min nəfər olmasına baxmayaraq, bir dirhəm belə artıq-
               əskik olmadı. Elə bil Əmirəl-möminin(ə) pulların məbləğindən
               xəbərdar idi.”
                     Sonra ibn Əbil Hədid yazır:
                     “Həbbeyi  Ərəni  adlı  bir  nəfər  deyir:  «İmam(ə)  beytül-
               malı səhabələr arasında bölüşdürdükdən sonra başqaları kimi
               özünə də beş yüz dinar pul ayırdı. Döyüşdə iştirak etməmiş bir

               şəxs o ali Cənaba yaxınlaşıb dedi: “Ey Əmirəl-möminin! Bu
               vuruşda  cismim  sizinlə  birgə  olmasa  da,  qəlbim  sizinlə  idi.
               İstəyirdim,  bu  döyüşdə  sizinlə  bir  yerdə  vuruşum.  Mənə  də
               puldan əta et. İmam(ə) öz payını ona verib özü üçün heç bir
               şey saxlamadı.”1
                     Bu məsələdən belə başa düşürük ki, əgər biri başqalarının
               işindən  razı  olarsa,  demək,  əzab  və  savabında  da  onlarla
               şərikdir.


                 •                       İxlasın psixoloji və mədəni gücü

                     Təkcə özünü düşünən adamla xalqın nicatı üçün çalışan
               şəxs  eynidirmi?  Özünə  qənimət  ələ  keçirmək  üçün  döyüşə
               gedən adamla Allah rizasına görə vuruşan adama bir cərgədə
               baxmaq  olarmı?  Bu  bərabərlik  və  bərabərsizlik  insanların
               əməlləri  ilə  yox,  onların  şəxsiyyəti  və  məqsədləri  ilə
               əlaqədardır,  çünki  zahirdə  əməl  birdir,  onun  heç  bir  fərqi
               yoxdur. Şücaət göstərib rəşadətlə vuruşan iki dəstə arasındakı
               fərq  düşüncə  və  niyyətdədir.  İmam  Sadiq(ə)  bu  ölçü  ilə
               bəndələri  üç  qismə  bölərək  hər  birini  ibadətdə  olan
               niyyətlərinə uyğun bir xüsusiyyətlə vəsf edir:
                     “Həqiqətən, Allah bəndələri üç dəstədirlər. Birinci dəstə
               Allaha  cəhənnəm  əzabının  qorxusundan  ibadət  edir.  Bu,
               qulların  ibadətidir.  İkinci  qrup  cənnətə  və  mükafata  görə

                                          «      Şərhi - Nəchül - Bəlağə »  ibn   Əbil - Hədid  - s / c   I :   249,250. 1
   130   131   132   133   134   135   136   137   138   139   140