Page 131 - Islamic Studies 05
P. 131
Dində ixlas (130
“....... Niyyət əməldən üstündür. Bilin və agah olun ki,
niyyət əməlin əsasıdır.”1
Buna görə ən yaxşı əməl saf niyyətlə yerinə yetirilən
əməldir.
İxlas nədir?
Niyyəti şirk və riyadan paklaşdırmağa ixlas deyilir. (Nəfsi
paklaşdırmada ruhu rəzil sifət və mənəvi aşınmadan
təmizləmək. İxlas mənəviyyatla bağlı olduğundan onu zahiri
gözəllik və işin həcmi ilə ölçmək olmaz. İmam Sadiq(ə)
buyurur:
“Namaz qiyam, rüku, səcdə, oturub-durmaq deyildir.
Namaz sənin saf niyyətin və Allahı sevməyindir.”2
Yəni namazın mahiyyəti namaz qılanın saf niyyətidir.
Namazı yalnız Allahın razılığı üçün qılmaq ixlas, saf niyyətdir.
Başqa bir hədisdə İmam Sadiq(ə) buyurur:
“Xalis əməl odur ki, Allahdan başqası üçün yerinə
yetirilməsin”3.
İxlas bir neçə mərhələyə bölünür. İlk növbədə ibadət riya
və özünü nümayiş etdirmədən pak olmalıdır. Hər kim savab,
yaxud diləyinin yerinə yetirilməsi üçün ibadət edərsə, əməli
düzdür. Bu cür niyyətlərin ixlasla qarışdırılmasının heç bir
eybi yoxdur. Qeyd etdik ki, sədaqətin bünövrəsi riya və
özünügöstərməni tərk etməklə möhkəmlənir. Namaz qılarkən
Allahdan nə isə diləyən, ondan mükafat (əcr) və savab
gözləyən şəxs riyakar sayılmır. Əlbəttə, belə bir şəxsin ixlası
kamil deyildir. Kamil ixlaslı bəndənin qəlbində Allahdan
başqa bir şey olmamalıdır. İmam Sadiq(ə) buyurmuşdur:
“Bəndə üçün ən üstün nemət odur ki, qəlbində Allahdan
başqa bir şey olmasın.”1
“ Üsuli - kafi ” / c II səh - 16 / hədis №4. 1
« Şərhi - nəhcül - bəlağə » İbn Əbil - Hədid / c I : səh - 325. 2
“ Üsuli - kafi ” / c II səh - 16 / hədis №4. 3