Page 194 - Islamic Studies 05
P. 194
Din, Qərbin fəlsəfi atmosferində
1
Kəmalə Mahmudova
Abstrakt
Dini dünyagörüşün tarixi və insan zehniyyətində ilk dini
təsəvvürlərin meydana gəlməsi ibtidai dövrlərə təsadüf edir.
Dinə meylliliyin səbəbini araşdıran tədqiqatçı alimlər bir sıra
nəzəriyyələr irəli sürmüşlər ki, bu nəzəriyyələrin əsas motivi
ibtidai dövrün həyat tərzi ilə ölçülür. Belə ki, sivilizasiyanın
yoxluğu və elmsizlikdən dolayı ibtidai insanların həyat və onu
əhatə edən ətraf aləm haqqında təsəvvürləri zəif idi. Belə bir
yaşam tərzində qarşıya çıxan müxtəlif motivli hadisələri izah
etməyə çalışa- çalışa dinə meyllik yaranmış, habelə mifoloji
təsəvvürlər formalaşmışdır.
Açar sözlər
Fəlsəfə, xristianlıq, monoteizm, İncil, kilsə
Giriş
Dini- teoloji nöqteyi- nəzərdən aləmin yaradanı və idarə edəni
bir olan Allah qəbul edilir. İlahi dinlərin təlimi monoteist
prinsipə əsaslanaraq peyğəmbərlər vasitəsilə insanlara
çatdırılır. Peyğəmbərlik islam əqidəsində üsuliddin
məsələlərindən biridir ki, bütün ilahi dinlərdə qeydsiz- şərtsiz
qəbul olunur. Bu zəmində yazılmış hazırkı məqalənin ana
mövzusu xristianlıq dini təliminin mahiyyəti və onun
keşməkeşli yoluna həsr olunub. Xristianlıq dini ilə bağlı bir
1 - İslam araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları İnstitutu, Əl-Mustafa
Beynəlxalq Virtual Universiteti, Qum, İran