Page 195 - Islamic Studies 05
P. 195
Din, Qərbin fəlsəfi atmosferində (194
sıra məsələlərə məqalənin həcminə uyğun şəkildə aydınlıq
gətirilməyə çalışılıb. Bundan əlavə o dövrün xristian dini-
fəlsəfi düşüncələri qısa da olsa açıqlanıb.
Quldarlıq dövrü ilkin fəlsəfi təfəkkürün meydana gəlməsi ilə
xarakterizə olunur. İnsan cəmiyyətinin dəyişməsi ilə
proseslərdə bir sıra suallar əmələ gəlirdi ki, buna da “antik
fəlsəfə” deyilən fəlsəfi sistem cavab verirdi. Fəlsəfə tarixi
kitablarında “fəlsəfə” sözü “filo”- hikmət, “sofiya”- sevirəm
kimi izah olunur. O dövrün bir çox elmlərini özündə ehtiva
edən fəlsəfə uzun bir yol keçərək bu günümüzə qədər gəlib
çıxmışdır. Beləliklə, dini- fəlsəfi görüşlərin ifadəsi müxtəlif
cizgilərdə təşəkkül taparaq zaman- zaman dəyişmiş, insan
təfəkkürünün güzgüsü olmuşdur.
Orta əsrlər məfkurəsi özünəməxsus çalarları iıə seçilir. Bu,
istər Qərb, istərsə də Şərq tairixində dini- fəlsəfi görüşlərin
formalaşması ilə özünü büruzə verir. Qədim dinlərdən fərqli
olaraq istər xristian, istərsə də islam dini səmavi dinlərdən
olmaqla monoteist dinlər sırasına daxildir. Bir- birindən fərqli
inkişaf dinamikası, düşüncələrə, ictimai- siyasi, elmi- fəlsəfi
müstəvidə təsir baxımından xristianlıq dini islam dinindən
fərqli yol keçmişdir.Bu məqalədə xristianlıq dininin meydana
gəlməsi, tarixi- ictimai şərait təhlil olunmuş, Avropada
trayektoriyası izlənilmiş, dini- fəlsəfi görüşlərin formalaşma
prosesi səciyyələndirilmişdir.
Xristianlığın xronoloji fəlsəfi tarixi
Bütün peyğəmbərlər insanları təkallahlığa, şirk və
bütpərəstlikdən uzaq olmağa çağışmışlar.
“ Biz hər ümmətə rəsul məbus etdik ki, Allaha sitayiş etsinlər
və bütdən uzaqlaşsınlar. Allah bir parasını hidayət etdi və bir