Page 196 - Islamic Studies 05
P. 196

195) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               parasını azğın etdi.Bəs yer üzündə gəzib dolanın və baxın ki,
                                                                   1
               rəsullara yalan yaxanların sonu hara çatıbdır.”
               Peyğəmbərlər eyni zamanda cəmiyyətdə haqq- ədalətin bərpası
               və mövcud olması üçün fitnəkarlara qarşı mübarizə aparırdılar.
               Peyğəmbərlərin  təlimində  haqq  və  ədalət  geniş  məna  daşıyır
               və  onların  bütün  ictimai  fəaliyyətlərini  əhatə  edirdi.  Onların
               baxışı ilə haqq, ədalət o zaman bərpa oluna bilər ki, mənəvi-

               əxlaqi,  ictimai-  siyasi,  sosial-  iqtisadi  və  hətta  cinsi  fəsadlar
               belə  aradan  qalxsın  və  ilahi  dəyərlər  bütün  dünyada  hakim
                      2
               olsun.
               Bütün ilahi dinlərin prinsiplərindən biri də bəşər cəmiyyətinin
               tərbiyə  olunaraq  əxlaqi  dəyərlərə  sahib  çıxması  olmuşdur.
               İslam  peyğəmbərinin  “mən  sizin  əxlaqınızı  kamilləşdirmək
               üçün bir peyğəmbər olaraq göndərilmişəm” kəlamı da elə bu
               prinsipdən  irəli  gəlir.  İlahi  dəyərləri  tanımağın  yolu  yüksək
               əxlaqi      keyfiyyətlərə      malik      olmaqdan       keçdiyindən
               peyğəmbərlərin  vacib  missiyalarından  biri  də  təzkiyə  və
               təqvadır.  Peyğəmbərlər  sanki  bir  həkim  idilər  ki,  mənəvi
               xəstəliyə  düçar  olmuş  cəmiyyəti  bu  mərəzdən  xilas  etmək
               üçün  gəlmişlər.  Bütün  müqəddəs  kitablarda,  o  cümlədən
               Quranda peyğəmbərə itaət etmək və onun sözündən çıxmamaq
               əmr olunmuşdur.

               Quranda məsihiyyət anlayışı

               Orta  əsr  Avropasında  xristianlıq  təliminin  formalaşması
               birbaşa İsa Məsihin gətirdiyi təlimlərə bağlıdır. İsa Məsih ulul-
               əzm  və  şəriət  sahibi  olan  peyğənbərlərdən  hesab  olunur.
               Qurani  Kərim  Hz.  İsa  peyğəmbərə  tərif  verərək  Məryəm


               1 Eyni mənbə, Nəhl surəsi, 36
               2 Əzəm Pərçəm. “ Vəhy və Peyğəmbərlik mövzusunda səmavi kitabların
               uzlaşması”, səh 36
   191   192   193   194   195   196   197   198   199   200   201