Page 198 - Islamic Studies 05
P. 198
197) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
aparmaqdan qorxma, çünki onun bətnində olan Ruhul-
qüdsdəndir.O, bir oğlan dünyaya gətirəcək və sən onu İsa
adlandıracaqsan, çünki o, öz qövmünü günahlardan xilas
1
edəcəkdir.”
Heç bir təhrif və dəyişikliklərə məruz qalmayan, asimani kitab
olan Qurani Kərimdə öyrəndik ki, İsa Allahın qulu, bəndəsi,
yer üzünə göndərdiyi peyğəmbərlərdən biridir. İsa Məsihin
təvəllüdü məsələsini Quran onun bakirə Məryəmdən Allahın
izni ilə Cəbrayılın vasitəsilə üfürülməklə bətninə düşməsi kimi
izah edir. İsa Məsihin yer üzünə göndərilməsində məqsəd onun
özündən əvvəlki peyğəmbərlər kimi insanların Allahın
birliyinə iman gətirib saleh yola dəvət etmək olmuşdur. İsa
Məsihin özü də dəfələrlə özünün bir bəndə olduğunu və
Allahın peyğəmbəri olduğunu bəyan etmişdir. Yaşadığı dövrdə
hər kəs onu belə qəbul etmişdir. Doktor Əzəm Pərçəm Ceymez
Hakezdən sitat gətirərək yazır:” Məsih insan və Allahın
göndərdiyi bəndədir. Çünki o, özünü ( İncildə) səksən dəfə
“insanın oğlu insan” adlandırmışdır. Bundan əlavə öz
şagirdlərinə və başqa ardıcıllarına özünü onların qardaşı deyə
2
müraciət edib.” Lakin İsa Məsihin çarmıx əhvalatından və
gözlərdən qeyb olmasından sonra (islami nöqteyi- nəzərdən)
onun zatı ilahiləşdirilmiş, üç uqnum məsələsi ortaya
qoyulmuşdur.Doktor Haşimi Rəfsəncani yazır:” Əsrlər boyu
böyük kilsə alimlərinin, xristianlığın dünya mıqyasında
yığıncaqlarının diqqətini özünə cəlb edib, müxtəlif firqələrin
yaranmasına səbəb olub, xristianlığın ən mühüm və böyük
fəlsəfi və dini məsələsini təşkil edən problem “İsa “ zatının
3
həqiqəti barəsindəki mübahisələr olmuşdur.” Dr. Rəfsəncani
1 Matta İncili, səh 12
2 Əzəm Pərçəm, “ Vəhy və Peyğəmbərlik mövzusunda səmavi kitabların
uzlaşması”, səh171
3 Haşımi Rəfsəncani, Məhəmməd Cavad Bahünər, “ Dünya besət dövründə”,
səh 126