Page 197 - Islamic Studies 05
P. 197
Din, Qərbin fəlsəfi atmosferində (196
surəsində onun bakirə və pak Məryəmdən dünyaya gəlməsini
təfsilatı ilə nəql edir. Məryəm surəsində buyurulur ki, Məryəm
öz qohum- əqrəbasından ayrılıb şəhərdən çıxaraq şərq
istiqamətində bir nöqtəyə getdiyi zaman Ruhul- Qüds bəşər
sifətində onun yanında zahir oldu. Pak bir qadın olan Məryəm
əvvəlcə ondan qorxub Allaha pənah apardı. Ruhul- Qüds dedi
ki, mən Allahın əmri ilə gəlmişəm ki, sənə pak bir övlad əta
edəm. Məryəm soruşdu ki, heç bir kişi ilə yaxınlıq etmədiyim
və özüm də iffətli bir qadın olduğum halda, oğlan uşağına
sahib olmağım necə mümkündür? Cavab verildi ki, bu iş
hökmən olacaq və Allah üçün bu iş çox asandır. Biz istəyirik
ki, onu camaat üçün ilahi bir nişanə və öz tərəfimizdən rəhmət
qərar verək. Nəhayət, Hz. Məryəm İsaya hamilə oldu.
Təvəllüdü yaxınlaşdığı zaman ailəsindən uzaqlaşıb bir ağacın
altına getdi və övladını dünyaya gətirdi. İsa doğulduğu anlarda
dil açaraq doğuşun ağrısından qıvlan anasına toxtaqlıq verib
deyir ki, Allahın sənin ayaqların altında bir çeşmə
qaynatmışdır.Quru xurma ağacını tərpət ki, sənin üçün təzə
xurma tökülsün. Xurmadan ye, bulağın suyundan iç və öz
1
gözünü (övladına görə) aydın et.
Həzrət İsa (ə.) xristian qaynaqlarında
İsa peyğəmbərin dünyaya gəlməsi hadisəsi İncildə Qurani
Kərimdən fərqli təmsil olunur: “ İsa Məsihin təvəllüdü belə
oldu Yusifin əqdinə gətirilən Məryəm ər evinə getməzdən
qabaq Ruhul- Qüdsün vasitəsilə hamilə oldu. Yaxşı əməl
sahibi olan və Məryəmin camaat qarşısında rüsvay olmasını
istəməyən Yusif gizli şəkildə qərara aldı ki, ondan ayrılsın.
Yusif hələ bu fikirdə olduğu zaman Allahın mələyi yuxuda ona
zahir olub dedi: Ey Davudun oğlu Yusif! Məryəmi öz evinə
1 Qurani Kərim,Məryəm surəsi