Page 313 - Islamic Studies 05
P. 313
İsrafla mübarizə Nəhcül-Bəlağə baxımından (312
görə də bəzi lüğət alimləri və müfəssirlər onu
haram mal yemək , halalı aşıb harama
1
2
keçmək , günah yolunda xərcləmək kimi izah
3
etmişlər. Həmçinin mərhum Nəraqi, Əllamə
Hillidən nəql edir ki, İslam alimləri günah
yolunda mal xərcləməyin israf və haram
4
olmasında vahid fikirdədirlər.
2. Ağılın hökmü və əqli meyarlar: Bu, ağılın
malın haramlar üçün sərf olunmasının
pisliyinə hökm verməsidir. Məsələn: haqqı
olmadığı halda kiməsə maddi kömək etmək,
sərvətin yanlış və faydasız yerlərdə tələf
olunması, xərclənməsi. Belə ki, bu, həmin işi
görən şəxsin əqli çatışmamazlığının və
düşüncəsinin zəifliyindən xəbər verir. Buna
əsasən, bəzi lüğət alimləri israfı “qəflət”,
“cəhalət” və “xəta” kimi mənalandırmışlar.
5
Həmçinin, müfəssirlərin böyüklərindən
sayılan mərhum Təbərsi “Yeyin-için, lakin
israf etməyin, çünki Allah israf edənləri
sevməz” (Əraf-31) ayəsinin təfsirində yazır:
“Əqli cəhətdən düzgün hesab olunmayan və
sahibinə zərər vuran hər bir xərcləmə israf və
1- Tərihi, Məcməül-Bəhreyn, “sərəfə” sözünün kökü.
2-Təbərsi, Məcməül-Bəyan, c. 4, s. 413, Əraf surəsinin 31-ci ayəsinin
təfsirində.
3- Müqəddəs Ərdəbili, Ayatul-Əhkam, s. 409
4- Nəraqi, Əvaidül-Əyyam, s. 218
5- Cövhəri, Sihahül-Lüğət