Page 316 - Islamic Studies 05
P. 316

315) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)


                      -  “Qohum-əqrəbaya  da,  miskinə  də,  (pulu
                          qurtarıb yolda qalan) müsafirə də haqqını ver,
                          eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-

                          sola  səpələmə!  Həqiqətən,  (malını  əbəs  yerə)
                          sağa-sola            səpələyənlər             şeytanların
                          qardaşlarıdır,  Şeytan  isə  Rəbbinə  qarşı
                                           1
                          nankordur!”.
                      Qeyd  olunmalıdır  ki,  təbzir  sözü  Quranda  İsra
               surəsinin həmin iki ayəsində işlənmiş iqtisadi sözdür.
               Bəlkə  də  Quranda  bu  cür  kəskin  və  şiddətli  ifadə  ilə

               hansısa bir əməlin – eyni ilə bu ayədə təbzir haqqında
               gəldiyi kimi – qadağan olunmasına nümunə, az tapmaq
               olar.


                      -  “...(Onların  hər  biri)  bar  verdiyi  zaman
                          barından yeyin, yığım günü haqqını (zəkatını,

                          sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah)
                                                        2
                          israf edənləri sevməz!”.
                      -  “...(Namaz  qılarkən,  məscidə  gedərkən  və  ya
                          təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-
                          için,  lakin  israf  etməyin,  çünki  (Allah)  israf
                                                  3
                          edənləri sevməz!”.
                      Qeyd olunan ayələrin məzmunundan belə nəticə
               çıxır  ki,  bu  ayələrdə  israfın  qadağan  olunmasının
               iqtisadi tərəfi var.




               1 -İsra, ayə 26,27
               2 -Ənam, ayə 141
               3 -Əraf, ayə 31
   311   312   313   314   315   316   317   318   319   320   321