Page 314 - Islamic Studies 05
P. 314
313) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
1
haramdır”. Buna əsasən, malı düzgün
xərcləmə yerlərinin düzgün olmayan yerlərdən
ayırd edilməsində ağılın hökmü mötəbər və
ehtirama malikdir. Bu zaman ifrat və həddi
aşmaq israfın bir nümunəsi olacaq.
3. Sosial baxış: Bəzi yerlərdə də ictimai baxış
israfın həddinin təyin olunmasının amilidir.
Misal: malın şəxsi istifadəsinin, qadına,
övlada, yaxud başqaları üçün istifadə
olunmasının hər birinin həddi var və əmiyyət
onu hər dövrün iqtisadi vəziyyətinə və hər bir
şəxsin maddi, iqtisadi və ictimai şəraitinə
əsasən təyin edir. Onda təfrit etmək xəsisliyin
nümunəsi olduğu kimi, eləcə də vacib bir
haqqın aradan getməsinə səbəb olduqda haram
və günahdır. İfratçılıq da həmçinin mötədil
həddən çıxmaq və israfkarların cərgəsinə daxil
2
olmaq mənasınadır. Bu zəmində Tərihi yazır:
Qeyd olunub ki, israf – halal şeylərin istifadəsində
həddi aşmaqdır və Əsbəğ ibn Nəbatə, İmam Əlidən (ə)
nəql etmişdir ki, israfkarın üç əlaməti var: “Ona aid
olamyan şeyi, yeyir, alır, geyinir”. Hədisin mənası
budur: öz mənsəbindən uca olan, ona yaraşmayan bir
şeyi yeyir, alır və geyinir.
3
1 - Təbərsi, Məcməül-Bəyan
2 - Kəşmiri, İsraf
3 - Tərihi, Məcməül-Bəhreyn, “sərəfə” sözünün kökü.