Page 315 - Islamic Studies 05
P. 315

İsrafla mübarizə Nəhcül-Bəlağə baxımından (314

                      Həmçinin mərhum Təbərsi yazır: israfı qadağan

               etməkdə  məqsəd  budur  ki,  malı  xərcləməkdə  orta  və
                                                 1
               mötədil  həddi  aşmayın.   Necə  ki,  Zəməxşəri  öz
               təfsirində deyir: israf – xərcləməkdə ifratçılıqdır.
                                                                              2

                      Quranda  israf  sözü  onun  başqa  vəznləri  ilə
               dəfələrlə işlənmişdir. Məsələn, aşağıdakı ayələrdə:


                      -  “Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı
                                                             3
                          göstərildi (zinətləndirildi)”.
                      -  “(Günah etməklə) həddi aşanların əmrinə tabe
                          olmayın (onlara boyun əyməyin)”.
                                                                      4
                      -  “Şübhəsiz  ki,  Allah  (Ona  şərik  qoşaqla,
                          böhtan atmaqla) həddi
                                                                                    5
                          aşanı, yalançını doğru yola müvəffəq etməz”.
                      -  “Firon o yerdə hakim idi. O, (küfr və azğınlıq
                                                          6
                          etməkdə) həddi aşmışdı”.
                      Bu ayələrdə “israf”dan məqsəd iqtisadi sahələrə

               şamil olsa da, amma əxlaqi, əqidəvi cəhətlər və İlahi
               hədləri  aşmaq  nəzərdə  tutulub.  Amma  elə  ayələr  də
               vardır  ki,  onlarda  israf  və  “təbzir”  yalnızca  iqtisadi

               mənadadır. Məsələn:






               1 - Təbərsi, Məcməül-Bəyan, c. 4, s . 413
               2 - Zəməxşəri, Təfsiri-Kəşşaf, c. 3, s. 292
               3 - Yunis, ayə 12
               4  -Şüəra, ayə 151
               5 -Ğafir, ayə 28
               6 -Yunis, ayə 83
   310   311   312   313   314   315   316   317   318   319   320