Page 312 - Islamic Studies 05
P. 312
311) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
“təbzir”in malın günah yolunda xərclənməsi olduğunu
1
da demişlər.
İsraf sözünün iqtisadi mənası ilə, “təbzir”
arasında böyük fərq yoxdur. Bu iki söz arasındakı fərq
haqqında yalnız bunu demək olar: lüğət alimlərinin
nəzərinə əsasən bu sözdə məqsəd tələf etmək, zay
etməkdir və insanın sədəqə verməsində, xeyriyyə
işlərində ifrat etməsinə şamil olmur. Amma israf
ondan daha ümumidir və hədərə vermək, şəxsi və ailə
xərclərdə, müstəhəb işlərdə ifratçılıq kimi bütün
nümunələrinə aid olur. Başqa sözlə: hər bir “təbzir”
2
israfdır, amma hər israf təbzir deyil.
İmam Sadiqdən (ə) qısa bir cümlə nəql
olunmuşdur ki, bu nöqtəni həmin cümlədən çıxarmaq
olar. O həzrət (ə) buyurub: “Təbzir israfın bir
3
şaxəsidir”.
Lüğət alimlərinin dediyinə və “israf” sözünün
izahına əsasən, israf 3 meyar ilə təyin olunur:
1. Günahlar və şəri haramlar: Günahların özü
İlahi həddlərin aşılmasıdır və onlara mürtəkib
olmaq mal sərf etmədən olarsa, israfdır.
Amma mal xərcləməklə olarsa, təbzirdir. Bu
zaman bunun özü başqa bir günah olur. Buna
1- Ətayi, İsraf və təbzir Quranda və Sünnətdə
2- Ətayi, İsraf və təbzir Quranda və Sünnətdə
3- Hürr Amoli, Vəsailüş-Şiə, c. 6, s. 27