Page 45 - Islamic Studies 05
P. 45

Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (44

               edirdilər  ki,  qalaları  özlərini  Allahdan  qoruyacaqdır.  Ancaq
               Allah  (Allahın  əzabı)  onlara  heç  gözləmədikləri  bir  yerdən
               gəldi və onların qəlblərinə qorxu saldı. Onlar evlərini həm öz
               əlləri,  həm  də  möminlərin  əlləri  ilə  dağıdırdılar.  Ey  ağıl
                                                 1
               sahibləri, (bundan) ibrət alın!

                 Şübhəsiz  ki,  onların  qissələrində  ağıl  sahibləri  üçün  ibrət
               vardır.  (Bu  Quran)  uydurulan  bir  söz  deyildir.  Lakin  o,
               özündən əvvəlkiləri (ilahi kitabları) təsdiqləyən, hər şeyi açıq
               şəkildə  izah  edən  (bir  kitab)  və  iman  gətirən  bir  qövm üçün
                                        2
               hidayət və rəhmətdir.
                 Ayələri diqqətlə oxuyanda, tarixi hadisələrin insan həyatında
               nə qədər önəmli təsirə malik olduğunu başa düşmək olar. Eyni
               zamanda  da  bu  və  bu  kimi  bir  çox  ayələri  mütaliə  edəndə,
               hekayə və ibrət ayələrinin hər kəs üçün başa düşülən olduğunu
               anlamaq olar. Ibrət alınacaq ayələri hər bir insan oxuyub, öz
               yaşayışı üçün ibrət dərsi götürə bilər və həmin ayələr xüsusi
               bir qrup insanlar üçün yox, bütün insanlar üçün bir nümunə və
               ibrət dərsidir.


















                                                                                    Həşr, 2. 1
                                                                                 Yusuf, 111. 2
   40   41   42   43   44   45   46   47   48   49   50