Page 40 - Islamic Studies 05
P. 40
39) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə
heç bir qiymətə satmayacaq və Allahın şahidliyini
gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan
1
olarıq”, – deyə Allaha and içsinlər.
Bu ayədə ölmək üzrə olan bir müsəlmanın öz yaxınlarına
vəsiyyət etməsi gərəkdiyi tövsiyə olunur. Bəzi təfsirçilərə
görə, ayədə qeyd edilən “içinizdən iki ədalətli şəxs” ifadəsi ilə
ölən kimsənin yaxın qohum-əqrabası, yaxud müsəlman olanlar
nəzərdə tutulmuşdur. “Başqa iki nəfər” ifadəsindən məqsəd isə
müsəlman olmayıb kitab əhli olanlar, yaxud ölən kimsənin
qohum-əqrabası olmayanlardır.
Quranda hekayə və ibrət ayələri
Bu bir həqiqətdir ki, kainatı yaradan və dolayısı ilə onun
həqiqi sahibi olan uca Allahın aləmdəki sonsuz varlıqlar
içindən seçərək özünə həmsöhbət qəbul etdiyi, fitrət etibarilə
ən gözəl, ən qiymətli bir şəkildə yaradaraq xilafətə layiq
gördüyü, hətta elm öyrənmə və elm çıxarma cəhətiylə
mələklərdən də üstün bir mövqeyə oturtduğu müstəsna
varlıq İnsandır. Qurani-Kərim isə, yaradılışındakı üstün
fitrətiylə aşan varlıq olan, Allaha həmsöhbət olmağa layiq
görülən və şəxsən Quranın bəyanlarıyla üstünlüyü mələklər,
ruhanilər tərəfindən səcdə edilərək həqiqətən təsdiq edilən
insana Allah tərəfindən rəhmət olaraq göndərdiyi ən son ilahi
mesajdır. Həqiqətən Allah insan əlaqəsi çərçivəsində mövzu
qiymətləndirildiyində yaşadığımız bu aləmdə insan üçün ilahi
mesajların, xüsusilə ən son ilahi mesaj olan Qurani- Kərimin
əhəmiyyəti və zərurəti inkar edilə bilməz bir həqiqətdir. Çünki
insan, hər nə qədər fitrətən ən üstün olaraq yaradılmışsa da
yaradılan olması səbəbiylə ağlı, idrakı, məlumatı, gücü və bu
Maidə, 106. 1