Page 44 - Islamic Studies 05
P. 44
43) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
gətirmək” mənasındadır. Ərəbcədə "Həka ənhul-hədis" (Ondan
sözü rəvayət etdi) deyincə; söz, hərəkət və digər xüsuslarda
təfərrüatda eynisini nəql etdi mənasını verir.
Ibrət və hekayə haqqında kifayət qədər məlumat əldə
etdiyimizə görə, bu barədə bəzi Quran ayələri ilə də tanış
olsaq, məqsədə daha uyğun olardı. Bu baxımdan, aşağıda
hekayələr haqqında nazil olan bəzi Quran ayələrini gətirməklə,
hekayələrin və onlardan alınan ibrət dərslərinin əhəmiyyətini
dərk etmiş olarıq.
Onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin
aqibətinin necə olduğuna baxmadılarmı? Onlar bunlardan da
güclü idilər. Onlar torpağı becərir və bunlardan daha çox
abadlaşdırırdılar. Onların peyğəmbərləri özlərinə açıq-aşkar
möcüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi. Əksinə,
1
onlar özlərinə zülm edirdilər.
De: “Yer üzündə gəzib dolaşın, sonra (peyğəmbərləri) təkzib
2
edənlərin aqibətinin necə olduğuna baxın!”
(Bədr döyüşündə) iki dəstənin qarşı-qarşıya gəlməsində sizin
üçün bir ibrət vardır. Biri Allah yolunda vuruşan dəstə, digəri
isə gözləri ilə onları (möminləri özlərinin) ikiqatı görən
kafirlər dəstəsi idi. Allah dilədiyi kimsəni köməyi ilə
dəstəkləyər. Şübhəsiz ki, bunda, bəsirət sahibləri üçün bir ibrət
3
vardır.
Kitab əhlindən inkar edənləri (müsəlmanlar qalalarının
önündə) ilk toplandıqları zaman yurdlarından çıxardan Odur.
Onların çıxacaqlarını zənn etmirdiniz. Onlar da elə zənn
Rum, 9 . 1
Ənam, 11. 2
Ali - İmran, 13. 3