Page 43 - Islamic Studies 05
P. 43
Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (42
bitiş nöqtəsi, ön cəbhədə başın orta nöqtəsi, alın kimi mənaları
ifadə etdiyini görürük. İndi Quran ədəbiyyatında qəsəs, hekayə
və ya hekayələr deyildiyində dərhal Quranda əhəmiyyətli yer
tutan keçmişə aid hadisələrin izah edilməsi ağla gəldiyi kimi,
elmi və obyektiv bir nəzərlə diqqət yetirildiyində eyni
zamanda sözün kokündə var olan əsl dörd mənadan ötəri təməl
ünsürləriylə Quran hekayələrinin mahiyyətini, həqiqətliyini
əks etdirdiyini də görərik.
Ayələrin birində Allah-tala belə buyurur: Şübhəsiz ki, onların
qissələrində ağıl sahibləri üçün ibrət vardır. (Bu Quran)
uydurulan bir söz deyildir. Lakin o, özündən əvvəlkiləri (ilahi
kitabları) təsdiqləyən, hər şeyi açıq şəkildə izah edən (bir
1
kitab) və iman gətirən bir qövm üçün hidayət və rəhmətdir.
Ayə bizə bir çox həqiqətləri çatdırır. O cümlədən, tarixin
dərinliklərində itmiş, unudulmuş və ya bəzi izləri insanlığın
yaddaşında varlığını qoruya bilmiş, hər vaxt üçün etibarlı
mütləq həqiqətləri, yüksək dini dəyərləri, istiqamətləndirmə,
təşviq kimi ünsürləri başqa hekayələrdə olmayan bir şəkildə
ehtiva edən tarixi hadisələrin, özündən daha doğru bir
kimsənin olmadığı Allah tərəfindən Quran tərəfdarlarına; sanki
hadisələrə yenidən bir canlılıq verərək izah edilməsidir.
Hadisələr izah edilərkən, Quran ayələrdə təfərrüat məsələlərini
və lazımsız qisimlərini tərk etmiş, yalnız Quranın hidayət
rəhbəri olduğuna uyğun bir şəkildə həmsöhbətləri irşad edib,
işıqlandıracaq qisimlərini izah etmişdir. Hekayə kökünün lüğət
və termini mənasıyla əlaqədar yuxarıdakı şərhlərdən, Quran
hekayələrinə nə üçün ilk baxışda daha uyğun görünən hekayə
deyilmədiyini asanca anlamaq mümkündür. Çünki hekayə
sözünün lüğət mənası; “Bir şeyin eynisini və bənzərini
1 Yusuf, 111.