Page 42 - Islamic Studies 05
P. 42

41) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               sözünün  lüğətdəki  və  Quran  terminindəki  mənalarına  işarə
               etmək uyğun olacaq. Ərəbcədə hekayə sözü, (Qasas) kökündən
               törədilən  bir  sözdür.  Sözün  kökündə;  izah  etmək,  xəbər
               vermək,  bildirmək,  rəvayət  etmək,  sözü  nəql  etmək,  rəvayət
               etmək, izləmək, kəsmək, vs. mənalar var. İslami ədəbiyyatda
               və  ya  Quran  terminində  hekayə  deyildiyində,  Quranda  izah
               edilən tarixi hadisələr və peyğəmbərlərin (ə) həyat hekayələri

               nəzərdə  tutulur.  Ancaq  Qurani-Kərimdə  haqqında  danışılan
               məzmunda  şəxsən  hekayə  olaraq  deyil,  eyni  kökdən  gələn,
               əslində ad olub, məsdər yerinə də istifadə edilən qəsəs şəklində
               keçməkdədir.  Yenə  eyni  sözün  törəmə  sözləri  bir  çox  yerdə
               izah etmək, rəvayət etmək; iki yerdə də izləmək, mənalarında
               istifadə edilmişdir. Quranda əhəmiyyətli bir yekun təşkil edən
               tarixi  hadisələrə  qəsəs  deyilməsi  təsadüfi  olmamışdır.  Bu  ad
               Quranda,  tarixi  hadisələrin  keyfiyyət  və  ölçülərini  göstərən
               çox  incə  mənalar  güdülərək  seçilmişdir.  Bu  həqiqəti  anlaya
               bilmək üçün  hekayə sözünün kökündə  mövcud olan  bu dörd
               təməli unutmamaq lazımdır. Birincisi: İz sürmək, birini izləyib
               arxasından  getmək.  Daha  əvvəl  də  ifadə  edildiyi  kimi  söz
               mövzusu  bu  mənada  Qurani-Kərimdə  2  yerdə  istifadə
               edilmişdir.  İkincisi:  Bir  kimsəyə  bir  xəbər  və  ya  sözü
               bildirmək,  açıqlamaq,  izah  etməkdir.  Söz  bu  mənasıyla  da
               Qurani-Kərimdə  təxminən  17  yerdə  keçməkdədir.  Üçüncüsü:
               Bir  şeyi  qayçı  ilə  kəsmək,  qırxmaqdır.  Yenə  Ərəbcədə
               “Qusasətuş-Şəri”  təbiri, yəni  “Saçlardan  kəsilən  bir  miqdarı”
               ifadə  edər  ki  "Bir  tomar  saç"  şəklində  tərcümə  etmək
               mümkündür.  Eyni  kökün  dördüncü  mənası  olaraq  da  əslində
               ad  olub  məsdər  mənasında  istifadə  edilən  qəsəs  və  qass
               sözlərinə  baxdığımızda;  sinə,  sinənin  başı,  ortası  və  sinə
               sümüyü mənalarıyla bir şeyin əhəmiyyətli qisimi, müəyyən bir
               hissəsi,  parçası  mənalarını  verdiyini  görməkdəyik.  Bu  son
               məna, Ərəblərin Qusasuş-Şari təbirində, alın qismində saçların
   37   38   39   40   41   42   43   44   45   46   47