Page 9 - Islamic Studies 05
P. 9

21


                Baş redaktordan

               Maarifçi, hər hansısa elmi və yaxud mənalı fikri başqalarına
               çatdıran  və  düşündürən  şəxsdir.  Başqa  sözlə  desək,  xalqa
               düzgün  ideologiya  və  faydalı  olan  həyat  tərzini  öyrədən,
               həqiqəti və gözəlliyi sevdirən insandır, maarifçi!
               Görəsən  hər  kəs  maarifçi  ola  bilərmi?  Yaxud  hər  şəxs  öz
               bildiklərini  başqaları  ilə  bölüşmək  bacarığına  malikdirmi?
               Əslində, cavab müsbətdir. Hətta ilkin yaranışdan bəri, nəinki
               təkcə  insan  övladında,  ümumiyyətlə,  instinktlə hərəkət  edən
               digər  canlılarda  da,  təhlükə  və  fayda  zamanı  bir-birlərini
               münasib səmtə yönəltmə üslubu var. Belə ki, təbiətdə hansısa
               bir  canlı  təhlükə  hiss  etdiyində,  başqa  canlıları  həmin
               təhlükənin  varlığından  xəbərdar  etdiyinin  şahidi  oluruq.
               Yaxud bir mənfəət əldə etdiyi zaman öz həmnövlərini birgə
               faydalanmağa  səslədiyini  görmək  olur.  Bu,  təbiətdəki
               canlıların  instinktinə  xas  olan  xüsusiyyətdir.  İnsan  da
               canlıların  ən  şərəflisi  olduğu  üçün,  həqiqətləri  ən  gözəl
               şəkildə  öz  aralarında  paylaşmağa  görəvlənmişdir.  Bu  görəv
               həm onun fitrətində qoyulmuş, həm də İlahi dinlər tərəfindən
               hər bir insan öz elmi qədər bu mənəvi işə əməl etməyə dəvət
               olunmuşdur.
               Ümid  edirəm  ki,  qarşınızdakı  bu  jurnal  siz  əziz  oxuculara
               dəyərli yazar maarifçilərimiz tərəfindən gözəl ərməğan olsun.
               Gözəl mütaliələr diləyirəm.

               Dr. Tofiq Əsədov
   4   5   6   7   8   9   10   11   12   13   14