Page 10 - Islamic Studies 05
P. 10

Quranın hər kəsə şamil olması baxımından möcüzə olması


                             1
               Elçin Əliyev
                                             Abstract


                 Quran  elə  bir  kitabdır  ki,  onu  hər  kəs  oxuyub,  başa  düşə
               bilər. Bu müqəddəs kitabı həm yaşlı nəsil və həmdə gənclər,
               qadın  və  kişilər,  eləcə  də  filosoflar,  həkimlər,  tədqiqatçilər,
               tarixçilər,  ariflər,  hüquqşünaslar  və  bir  çox  təxəssüsə  sahib
               olan insanlar başa düşür və Quran hamını öz müxatəbi qərar
               verə bilir.

                 Yəni Quran hər kəsin başa düşə biləcəyi bir kitabdır. Əlbəttə
               burada  söhbət  Quranın  ümumi  məzmunundan  gedir.  Çünki
               Quranın  bəzi  ayələri  var  ki,  onları  başa  düşmək  üçün  bəzi
               hədislərə, eləcə də təfsir kitablarına ehtiyac var.
                 Baxmayaraq ki, Quran on dörd əsr bundan qabaq nazil olub,
               amma bu kitabın möcüzəvi cəhətlərindən biri də budur ki, onu
               həm islam peyğəmbərinin (s.ə) əsrində yaşayanlar, həmdə ki,
               21-ci  əsrin  insanları  oxuyub,  başa  düşə  bilirlər.  Yəni  hər  bir
               dövrdə  yaşayan  insanlar  Quranı  oxuyub,  özləri  üçün  bir  çox
               faydalı məlumatlar, öyüd-nəsihətlər və yaşayışları üçün mühim
               mesajları örnək götürə bilərlər. Quranı oxuyanda, bəzi ayələrin
               sırf  qadınlar,  bəzilərinin  kişilər,  bəzilərinin  gənc  və  uşaqlar,
               bəzi  ayələrin  isə  yaşlı  nəsilə  aid  olduğunu  müşahidə  etmək
               olur.

                 Açar sözlər: Quran, möcüzə, şamil olma, baça düşmək


                   -    İslam araşdırmaları fakültəsinin məzunu, Hikmət və Dinlərarası Araşdırma İnstitutu,  1
                                            Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran
   5   6   7   8   9   10   11   12   13   14   15