Page 12 - Islamic Studies 05
P. 12
11) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
fəlsəfə ilə sinonim olmuşdur. Bu sözün ərəb dilində nisbətən
qədim nəsli vardır və əgər yunan dilində “fəlsəfə” sözü, farsca
isə “fərzanəgi” sözü bir sıra biliklər üçün işlənirsə, ərəbcə
onların sinonimi “hikmət” sözüdür.
Qurana müraciət etsək, görərik ki, Quranda“Hikmət” sözü
iyirmi dəfə işlədilir. Rağib İsfahaninin "Müfrədat" kitabında
yazdığı "hikmət" sözü, elm və ağıl vasitəsilə həqiqətə çatmaq
anlamında məna edilir.
Deməli, hikmət nə ağılın özüdür, nə də elmin özü. Daha
doğrusu, elmin və ağlın tətbiqinin məhsuludur. Qurani-
Kərimin bu sözü işlətdiyi bir çox hallarda bu, eyni mənaya
gəlir. Quranda bu sözün işlədilməsi, Platonun əsərlərinin
mətnində fəlsəfə mənasına çox yaxın olan bir məna yada salır.
Misal üçün Allah “Bəqərə” surəsinin 269-cu ayəsində belə
buyurur: "Allah istədiyinə hikmət bəxş edər, kimə hikmət
verilsə, ona çoxlu xeyir verilmişdir. Onları ancaq ağıl sahibləri
xatırlayarlar”. Ayəni oxuyanda ilk olaraq bunu başa düşmək
olur ki, hikmət Allah tərəfindən verilmiş bir nemətdir. Ayədən
başa düşdüyümüz digər bir həqiqət isə budur ki, ayədə hikmət
sözü “xeyir”kəlməsi ilə əlaqələndirilmişdir. Bu xüsusiyyətlərin
hər ikisi də Platonun fəlsəfə dediyi şeydə mövcuddur.
Bunlardan əlavə, “əql və rasionallıq” əslində fəlsəfi metodun
xidmətçilərindən biridir. Necə ki, ümumi mənasında hər cür
biliyin sinonimi olan “elm” də fəlsəfi metodun bir hissəsidir.
Quranda bu cür fəlsəfənin tələblərinə çoxlu işarələr vardır. Bu
əlavələr Quran dinləyicilərini istər-istəməz fəlsəfəyə yönəldən
məfhumlar sistemi kimidir. Əgər kimsə Quranı hər hansı digər
kitab kimi əvvəldən axıra qədər oxumağa qərar verərsə, bu
kitab bir neçə səhifədə ona düşünməyi, elm öyrənməyi və
təfəkkür etməyi tövsiyə edər. Belə bir insan istər-istəməz