Page 13 - Islamic Studies 05
P. 13

Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (12

               fəlsəfəyə  meyl  edər.  Bütün  bunlarla  yanaşı,  Quranın  əsas
               mövzuları  da  ən  mühüm  fəlsəfi  mövzularla  üst-üstə  düşür.
               Allah,  mənəviyyat,  insan,  mərifət  və  əxlaq  Quranla  fəlsəfə
               arasında ortaq mövzulardır.


                 Bir qədər əvvəldə xatırlatmışdıq ki, Quranda “Fəlsəfə” sözü
               müstəqil kəlmə kimi işlənilməsə də, fəlsəfə mənasını çatdıran
               “ Hikmət” sözü bir çox ayələrdə zikr olunub.

                 Aşağıda həmin ayələrdən bəzilərini nümunə olaraq gətiririk.

                 Ümmilərə  (yazıb-oxumaq  bilməyən  ərəblərə)  özlərindən
               onlara  Allahın  ayələrini  oxuyan,  onları  (şirkdən)  təmizləyən,
               onlara  Kitabı  və  hikməti  öyrədən  bir  peyğəmbər  göndərən
               Odur. Həqiqətən, onlar daha əvvəl açıq-aydın bir zəlalət içində
                       1
               idilər.

                 Ayəyə  diqqət  etsək,  görərik  ki,  ayədə  hikmət  sözü  kitab
               (Quran)  kəlməsi  ilə  birgə  işlənib.  Bu  da  öz  növbəsində  bizə
               başa salır ki, Quranın ayələri hikmət ilə uyğundur. Yəni Quran
               ayələrinin hər birində dərin və fəlsəfi mənalar var. Həmçinin
               ayə bizə bunu başa salır ki, Qurannın təlim və tərbiyə metodu
               fəlsəfə  və  hikmət  ilə  zəngindir  və  Quran  ayələri  insanlara
               düzgün yaşamaq yolunu çox gözəl şəkildə başa salır.

                 Allahın  sizə  olan  nemətini,  öyüd-nəsihət  vermək  üçün  sizə
               göndərdiyi  kitabı  və  hikməti  xatırlayın!  Allahdan  qorxun  və
               bilin ki, Allah hər şeyi biləndir.
                                                   2
                 Cümə surəsində olduğu kimi, bu ayədə də Allah yenə kitab
               sözü  ilə  birlikdə  hikmət  sözünü  işlədib.  Ayəni  oxuyanda





               1 Cümə, 2.
               2 Bəqərə, 231.
   8   9   10   11   12   13   14   15   16   17   18