Page 11 - Islamic Studies 05
P. 11
Quranın hər kəsə şamil olması baxımından möcüzə olması (10
Quranın hər kəsə şamil olması
Quran elə bir kitabdır ki, onun ayələrinin məzmunu həm 1-ci
əsrin, həm 6-cı, həmdə ki, indiki əsrimizin insanlarına aiddir.
Yəni baxmayaraq ki, Quran 14 əsr bundan qabaq nazil olub
və Quranın ilk müxatəbi elə o zamanın insanları idi, amma
yenə də görürük ki, həmin ayələr elə indiki zamanın
insanlarına da şamildir.
Quranın bu xüsusiyyətini daha yaxşı başa düşmək üçün,
aşağıda nümunə olaraq bəzi Quran ayələrini gətirəcəyik.
Quranda fəlsəfi ayələr
Fəlsəfə sözü Yunan dilinə aid bir sözdür. Belə ki, Fəlsəfə iki
sözdən tərkib tapıb. Onlardan biri "Filo", ikincisi
isə "sofiya" sözüdür. "Sofiya" hikmət, "filo" isə sevmək
deməkdir."Filosofiya" — "hikməti sevmək" mənasını verir.
"Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü ərəb
dilinə uyğun demələrindən yaranıb.
Əgər Quran ayələrinə müraciət etsək, görərik ki, Quranın heç
bir yerində fəlsəfə sözü yoxdur. Miladdan dörd yüz il əvvəl
fəlsəfə Sokratın fikirləri ilə ciddi şəkildə başlamışdı.
Peyğəmbərin (s.ə) dövrünə, yəni miladi VI əsrə qədər
fəlsəfənin ciddi bir elm sahəsi kimi önə çıxması təxminən min
il olmuşdur. Amma bir qədər əvvəldə də dediyimiz kimi,
Quranda bu söz işlədilmir. Bu həqiqəti nəzərə alaraq, bəziləri
Quranın fəlsəfə ilə heç bir əlaqəsi olmadığını düşünə bilər.
Halbu ki, bu heçdə belə deyil. Bizim üçün Quranın məzmunu
da, onun zahiri mətni qədər vacibdir.
Quranda fəlsəfədən başqa bir söz işlədilmişdir ki, bu söz
Ərəbistan yarımadasında və əlbəttə ki, İran ərəbləri arasında