Page 93 - Islamic Studies 05
P. 93

Fəlsəfə elminə qısa bir baxış (92

                 Səbəbiyyət qanunu barədə söhbət açan mövzulardan biri də
               bu  qanunun  necə  kəşf  olunması  mövzusudur.  İnsan  belə  bir
               qanunun mövcud olmasına necə inanmış və onun kəşfinə necə
               yetişmişdir?  Bə’zi  alimlər  bu  qanunun  dəqiq  təcrübələrin
               nəticəsində  aşkar  edildiyini  düşünürlər.  Məsələn,  həkim
               gündəlik  təcrübəsində  xəstəliklərin  müəyyən  səbəblərə  bağlı
               olduğunu  görür.  Şübhəsiz  ki,  bu  fərziyyə  düzgün  deyildir.

               Əvvəla, həkim belə bir qanunu müayinə zamanı aşkarlamır. O,
               bu  qanunun  mövcudluğuna  inandığı  üçün  hər  bir  xəstəyə
               müəyyən səbəb axtarır.
                 Emprizm  nümayəndələrindən  olan  ingilis  filosofu  Devid
               Yuma  görə  səbəbiyyət  qanunu  şeylərin  ardıcıl  və  ya  paralel
               olmasından  asılıdır.  Məsələn,  biz  qara  buludlarla  yağışın
               ardıcıl şəkildə gəldiyini müşahidə edirik. Bu buludların səbəb,
               yağışın  nəticə  olmasından  xəbər  verir.  Yaxud,  işləyən
               mühərriklə hərəkətdə olan maşının uyğun vəziyyətdə olduğunu
               görürük. Bu uyğunluq mühərrikin səbəb, maşının hərəkətinin
               isə nəticə olduğunu açıqlayır.
                 Bu filosofun da nəzəriyyəsi qənaətbəxş deyildir. Sözsüz ki,
               deyilən  misallarda  səbəbiyyət  qanunu  mövcuddur.  Lakin  bu
               qanun Yumun dediyi kimi ardıcıllıq və ya paralellik ilə kəşf
               olunmur. Təbiətdə çoxlu varlıqlar mövcuddur ki, ardıcıl və ya
               paralel şəkildə olsalar da, biri digərinin səbəbi, yaxud nəticəsi
               deyildir. Məsələn, fəsillər həmişə eyni ardıcıllığa malikdirlər,
               lakin bunların heç biri digərinin səbəbi, yaxud nəticəsi deyil.
               Habelə,  Günəşdən  ayrılan  nur  və  istilik  həmişə  paraleldir.
               Lakin  bunlardan  (nur  və  istilik)  hansı  birini  digərinə  səbəb,
               yaxud nəticə hesab etmək olar?!
                 Ən  düzgün  nəzəriyyə  budur  ki,  insan  səbəbiyyət  qanununu
               hər  şeydən  öncə  öz  daxilində  tapır.  O,  hər  an  davranış  və
               hərəkətlərinin öz iradəsinə bağlı olduğunu görür. Bu da, insan
   88   89   90   91   92   93   94   95   96   97   98