Page 95 - Islamic Studies 05
P. 95
Fəlsəfə elminə qısa bir baxış (94
Fikrimizcə «Qədim və hadis» bəhsinin fəlsəfəyə daxil olması
«Nəticənin səbəbə ehtiyacı» məsələsilə bağlıdır. Tarix boyu
mütəfəkkir və filosoflar belə bir sual ətrafında düşünmüşlər:
«Nə üçün nəticə öz səbəbinə ehtiyaclıdır?»
Bu sualın cavabında, artıq bizə tanış olan kəlam məktəbləri
nəticənin səbəbə ehtiyacını, onun hadis olmasında görürlər.
Onlara görə hər bir nəticə öz səbəbindən sonra mövcud olmalı
və onların arasında zaman fasiləsi hökm sürməlidir. Nəticənin
öz səbəbilə bir zamanda vücuda gəldiyini qəbul etsək, onun
səbəbə olan möhtaclığını inkar etmiş olarıq. Əlbəttə kəlam
alimlərinin əsl məqsədi, ən’ənəvi olaraq, hər bir mövcudun
səbəbi olan Allah-təalanın «Qədim», məxluqatın isə «Hadis»
olduğunu və beləliklə, Ona möhtac olduğunu isbat etməkdir.
Filosoflar arasında ilk dəfə olaraq Molla Sədra nəticənin
səbəbə ehtiyacını düzgün və əsaslı şəkildə izah edə bildi. O,
nəticənin səbəbə ehtiyacını, onun «Hadis» olmasında
görənlərin nəzəriyyəsini yanlış hesab etdi. Filosof bu ehtiyacı
nəticənin səbəblə müqayisədə «vücuda zəiflik və fəqirlik»
anlamı ilə izah edirdi. Həmçinin o, vücudun vacib deyil,
mümkün olmasını, onun öz səbəbinə möhtac olması üçün
başlıca amil hesab edirdi. Mütəaliyə filosofları bu müddəanı
isbat etmək və kəlam alimlərinin nəzəriyyəsini rədd etmək
üçün gətirdikləri dəlillərdən birilə tanış olaq: Biz varlıq
aləmində səbəb və nəticələri mülahizə edərkən bir çox möhtac
nəticələr görə bilərik ki, öz səbəblərindən sonra yaranmışlar və
onların arasında zaman fasiləsi yoxdur. Məsələn, günəşin şüası
günəşlə eyni zamanda vücuda gəlmişdir, lakin bu şüanın
günəşə nə qədər möhtac olduğu şübhəsizdir. Kəlamilərin
məntiqinə əsasən, günəş səbəb, onun şüası isə nəticə olduğu
üçün, əvvəl günəş yaranmalı, müəyyən zaman fasiləsindən
sonra onun şüası vücuda gəlməlidir. Beləliklə, filosoflar öz
nəzəriyyələrini isbat etmiş olurlar. Qeyd etmək lazımdır ki, bu