Page 94 - Islamic Studies 05
P. 94

93) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)

               iradəsinin səbəb, davranış və hərəkətlərin isə nəticə olduğunu
               açıqca bəyan edir.


                  Qədim və Hadis
                 Tarix boyu fəlsəfi bəhslər arasında geniş və köklü mübahisə
               obyektinə çevrilən məsələlərdən biri də mövcudatın «Qədim»,
               yaxud  «Hadis»  olmasıdır.  Fəlsəfi  ədəbiyyatda  bu  iki
               kateqoriyanı əks etdirə bilən konkret bir termin tapa bilmədik.
               Buna görə də hər iki kəlməyə dair bir qədər açıqlama verməyi
               məqsədəuyğun saydıq.
                 «Qədim»  sözü,  doğma  ana  dilimizdə  olduğu  kimi  –uzaq
               keçmişə xas olan şeylərə deyilir. Məsələn, yaşı min illər olan
               tikili, uzaq keçmişləri xatırladan yaşlı ağac və s. xalq arasında
               qədim sayılır. Lakin fəlsəfi termin kimi «qədim» kəlməsi tarixi
               olmayan,  əzəli  varlıqlara  deyilir.  Daha  dəqiq  tə’rif  vermək
               istəsək, belə deyə bilərik ki: «Qədim –əvvəli yoxluq olmayan
               əzəli varlığa deyilir». Bu tə’rifə əsasən, yaşı minlər, bəlkə də
               milyonlar  olan  bir  varlıq  fəlsəfi  nöqteyi  nəzərdən  qədim
               sayılmır.
                 «Hadis»  kəlməsi  isə,  birincinin  antonimi  olaraq  yaşı  çox
               olmayan gənc varlıqlara deyilir. Konkret olaraq, hadis sözünü
               «yeni» kimi tərcümə etmək olar. Bu kəlmə də öz «əkizi» kimi
               fəlsəfə də başqa mə’nada qəbul olunmuşdur. Belə ki, yaşı nə
               qədər  çox  olsa  belə,  sonradan  vücuda  gələn  varlıqlar  hadis
               sayılırlar. Beləliklə, «Yaşından asılı olmayaraq əvvəli yoxluq
               olub, müəyyən tarixdə meydana gələn varlıqlar hadis adlanır».
               Ötən  bəhsimizdə  sübuta  yetirdik  ki,  Allah-təalanın  vücudu
               Onun zatındandır. Bunun izahında isə dedik ki, o Uca varlıq
               əzəldən  mövcud  olmuş  heç  kim  (hətta  özü)  tərəfindən
               yaradılmamışdır.  Bu,  Allah-təalanın  «qədim»  olduğunu  bizə
               açıq şəkildə bəyan edir.
   89   90   91   92   93   94   95   96   97   98   99