Page 224 - Islamic Studies 06
P. 224

Quran elmləri

                      Azər Quliyev


               Abstrakt
                   Bəşər  tərəqqiyə  çatmasına,  müxtəlif  elm  və  texnikalara
               yiyələnməsinə  rəğmən,  insanın  fitrətindən  doğan  şəxsiyyətə
               təzim  meylinin  daimiliyi  danılmaz  bir  həqiqətdir.  Bəşərin
               təzim  və  ehtirama  layiq  bildiyi  varlıq  və  şəxsiyyət,  fərqli
               formalarda pərəstiş olunan həmin Allahdır. Biz müsəlmanların
               Quranı  diqqətdə  saxlaması,  əslində  düzgün  Allahı  tanıma
               yollarına  yönəlmək,  digər  tərəfdən  şirk  və  nadanlıqdan
               uzaqlaşmaqdır.  Qurana  əhəmiyyət  vermək  və  onu  öyrənmək
               fironsayağı,  allahvari  yaşamı  inkar  etməkdir.  Şübhəsiz,
               Quranda  dəfələrlə  işarə  olunan  ən  önəmli  mövzulardan  biri
               tövhiddir.  Tövhidi  bilmək,  əslində  Allah  yolunda  olmaqdır.
               Quranla  ünsiyyət  və  onu  öyrənməyimiz,  həqiqətdə  özümüzü
               ilahi yolda qərarlaşdırmaqdır. Quranı öyrənməyin ən mühüm
               hədəfi, şübhəsiz elə budur. Quranın təfəkkür və idraka hədsiz
               diqqəti  və  idrak  vasitəsilə  insanın  təkamülü  nazil  olmanın
               başlıca  məqsədlərindəndir.  Ona  görə  də  biz  hər  keçən  gün
               Qurandan möhkəm yapışmalı və allahçı olmağın yollarını zikr
               əhlindən  –  “Zikir  əhlindən  soruşun!”  –  soruşmalıyıq.  Bəlkə
               bununla  hər  keçən  gün  Quranın  göstərişlərinə,  tərbiyə
               prinsiplərinə əməl etməkdə səy göstərək.

                   Açar kəlmələr: Quran elmləri, vəhy, qiraət, təhrif
   219   220   221   222   223   224   225   226   227   228   229