Page 227 - Islamic Studies 06
P. 227

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 226

                   Peyğəmbər  (s)  əsrində  digər  elmlər,  o  cümlədən  kəlam,
               fiqh, əxlaq, təfsir, qiraət elmi kimi Quran elmləri adlı rəsmi bir
               elm  formalaşmasa  da,  səhabələr  arasında  bu  elmin
               qığılcımlarına rast gəlmək olur. Bu istiqamətdə həzrət Əlinin
               (ə) rolu əvəzsiz və danılmazdır. Nümunə olaraq qeyd edək ki,
               alimlərin fikrincə, Rəsulullahın (s) səhabələri arasında Quranı
               təfsir edən və Quran elmlərini bilən ilk şəxs Əli ibn Əbu Talib

               (ə) olmuşdur. İbn Abbas kimi dahi şəxsiyyət də təfsir elmini o
               həzrətdən mənimsəyib öyrənmişdir.
                   Həmçinin, xəlifələr arasında Quran elmləri mövzusunda ən
               çox hədis nəql edən şəxs Əli ibn Əbu Talib (ə) olub.
                   Bundan əlavə, Abdullah ibn Abbas, Abdullah ibn Məsud
               və  Ubəyy  ibn  Kəb  ibn  Qeys  Quranın  təfsiri  və  qiraətində
               özlərinə görə xüsusi yerləri olub və digərləri Quranı onlardan
               əxz ediblər.
                   Quran elmləri haqqında kitab yazmaq hicri tarixlə birinci
               əsrdən başlayıb. O dövrdən etibarən bir çox alim Quranla bağlı
               müxtəlif  mövzular  haqqında  kitablar  yazıblar.  Onlardan
               bəzilərinin adlarını qeyd edirik:


               Birinci əsrə aid:
                   1. Həzrəti Əli (ə)
                   2. Əbul-Əsvəd Duəli həzərt Əlinin (ə) göstərişi ilə “Nəhv”
               elmi (ərəb dili qrammatikası) haqqında ilk əsəri yazmışdır.
                   3.  Əbul-Əsvəd  Duəlinin  şagirdlərindən  olan  Yəhya  ibn
               Yəmur “Qiraət” elmi haqqında kitab yazmışdır.

               İkinci əsrə aid:
               1.  Həsən  ibn  Həsən  Yəsar  Bəsri  “Nuzulul-Quran  və  ədədu
               ayil-Quran” kitabını yazmışdır.
   222   223   224   225   226   227   228   229   230   231   232