Page 226 - Islamic Studies 06
P. 226
Nəhcül-bəlağədə vəhdət prinsipi / 225
Mövzusu: Qurani-kərim
Əhəmiyyəti:
a) İnsanda Quranın tədqiq və araşdırılması ilə bağlı maraq
yaranır. Eyni zamanda, onun mövzuları ilə daha yaxından tanış
olmağa səbəb olur.
b) Quranın düzgün şəkildə başa düşülməsi Quran
ayələrinin “məkki-mədəni”, “möhkəm-mütəşabih” olmasını
bilmək, Quranın düzgün şəkildə oxunuşu və s. bir sıra
müqəddimə məsələlərə əsaslanır.
c) İnsan Quranı təfsir etmək üçün özündə hazırlıq və güc
tapır.
Zəruriliyi: İlahi məqsədləri düzgün və dərin anlamaq üçün
Quran elmlərini bilmək lazımdır.
İlahi kitabın hüdudlarını qorumaq üçün onu daha çox
tanımalıyıq.
Quran elmləri tarixçəsi
Quran əbədi möcüzə, ilahi vəhy və sonuncu dinin –
İslamın yazılı salnaməsi olduğundan daima müsəlmanların
diqqət mərkəzində olmuş və ona xüsusi önəm verilmişdir.
Hicrətin birinci yüzilliyində Peyğəmbərin (s) səhabələri,
tabeinlər, ardınca isə din alimləri Quran və onunla əlaqədar
mövzulara, elmlərə xüsusu diqqət sərgiləmişlər. Bu da, “Quran
elmləri” adlı yeni bir ixtisasın meydana gəlməsi ilə
nəticələnmişditr. Sözügedən elm, Qurandaxili və Quranxarici
mövzuları araşdıraraq, vəhyin bizə məlum olmayan tərəflərini,
ilk baxışda nəzərə çarpmayan incəliklərini, habelə hər ağlın və
qəlbin vara bilmədiyi məna dərinliklərini kəşf edib ortaya
çıxarmağa, nəticədə kəşf edilən gövhərləri Quran oxucularına
töhfə verməyə çalışır.