Page 229 - Islamic Studies 06
P. 229
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 228
“Quran elmləri” barədə yazılan kitablardan bir neçə
nümunə
1. “ət-Təmhid fi ulumil-Quran”, Ayətullah Şeyx
Məhəmməd Hadi Mərifət, (vəfatı 1427 h.q) 10 cild, ərəb
dilində.
2. “Quran elmləri ensiklopediyası”, Hacı İlqar
İsmayılzadə, 1 cild, Azərbaycan dilində.
3. “əl-İtqan fi ulumil-Quran”, Cəlaləddin Süyuti, (vəfatı
911 h.q) 7 cild, ərəb dilində.
4. “əl-Burhan fi ulumil-Quran”, Bədrəddin Məhəmməd ibn
Abdullah Zərkeşi, (vəfatı 794 h.q), 4 cild, ərəb dilində.
5. “Ulumi-Quran”, Ayətullah Mərifət, (Doktor Cavad
İrəvani tərcümə etmişdir), 3 cild, fars dilində.
6. “Tarixi-Quran”, Məhəmməd Hüseyn Məhəmmədi, 1
cild, fars dilində.
“Quran” sözü lüğətdə
Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif
fikirlər irəli sürülmüşdür:
1. “Quran” sözü, əslində “qərəə” ( َ او) kökündən olub,
ر
َ َ
“tilavət” (oxumaq) mənası daşıyır. Şeyx Təbərsi bu barədə
yazır: “Quran sözü əslində oxumaq mənasını bildirən və
oxumaq sözünün məsdəri sayılan “qiraət” kökündəndir.”
2. “Quran” sözü əslində “qərən” ( رااو) kökündən olub
ی
“cəm” və “toplamaq” mənasına malikdir.
Belə ki, Qurani-kərim öncə nazil olmuş bütün səmavi
kitablardakı bütün həqiqətləri və maarifi özündə toplamışdır.
3. Yəhudilərin kitabı “Tövrat” və məsihilərin kitabı “İncil”
adlandığı kimi, müsəlmanların kitabı da “Quran”
adlandırılmışdır və bu ad hansısa sözdən alınmamışdır.
4. “Quran” sözü əslində “qərain” (نئار َ او) kökündən olub,
“oxşar əlamətlər və nişanələr” mənasına malikdir. Çünki bu