Page 225 - Islamic Studies 06
P. 225

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 224

               Giriş
                   İnsan,  mənəvi  və  maddi  ünsürdən  təşkil  olunmuş  bir
               varlıqdır.  O,  maddi  olaraq  yaradılsa  da,  –  “Şübhəsiz,  insanı
               xalis gildən yaratdıq!”  – özündə ilahi xislət və əxlaqı ehtiva
               edir – “Ona Öz ruhumdan üfürdüm” .
                   Maddi ləzzətlərin qısa müddətdə və asanlıqla qazanılması,
               habelə bu ləzzətin əldə edilməsindən razı qalmaq kimi amillər

               insanın  maddiyyata  daha  çox  önəm  verməsinə  və  nəticədə
               Allahı  unutmasına  şərait  yaradır.  Bu  təhlükəni  aradan
               qaldırmaq və insanı sırf maddiyyata diqqətdən ayırıb, nəzərini
               ali üfüqlərə yönəltməsi üçün Allah-taala bəşərin hidayətindən
               ötrü bir sıra həqiqəti əks etdirən müxtəlif dəlillər göndərmişdir.
               O  cümlədən,  peyğəmbərlər,  ilahi  övliyalar,  məsum  imamlar,
               səmavi  kitablar,  təbiətin  yaradılışı  və  s.  Səmavi  kitablar,
               heyvansayağı və ötəri mühitdən əbədi aləmə yönəlmələri üçün
               insanlara  göndərilən  “həyat  üçün  təlimat  kitabçası”
               ünvanındadır.

               Quran elmlərinin tərifi
               Quranın  tanışlığı  ilə  bağlı  bir-birilə  rabitədə  olan  və  onun
               müxtəlif  mövzu  və  xüsusiyyətlərini  əhatə  edən  məsələlər
               toplusu  “Quran  elmləri”  adlanır.  Yəni  “Quran  elmləri”
               Quranın zahiri elmləri barədə bəhs edir. Quran elmləri təfsir
               elminin müqəddiməsi sayılır.
               Bu bəhslərin “Quran elmləri” adı ilə və cəm şəkildə (elmlər)
               işlədilməsinin səbəbi nədir?
               Cavab:  Quran  elmlərində  bəyan  edilən  hər  bir  məsələ  öz
               çərçivəsi  daxilində  müstəqilliyə  malikdir  və  adətən,  həmin
               elmin  digər  məsələləri  ilə  o  qədər  də  yaxın  rabitəsi  yoxdur.
               Misal  olaraq  “Təcvid”,  “Quranın  tarixi”,  “Qiraət”  və  s.
               elmlərin adını çəkə bilərik.
   220   221   222   223   224   225   226   227   228   229   230