Page 247 - Islamic Studies 06
P. 247

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 246

               Giriş
                   Fəlsəfə –sözü yunan  mənşəlidir. O, «phileo»–sevirəm  və
               «sophia» – elm, müdriklik kəlmələrinin birləşməsindən əmələ
               gəlmiş  mürəkkəb  bir  sözdür.  Bütövlükdə  bu  sözün  mə’nası
               elmi,  «müdrikliyi  sevirəm»,  yaxud  «sevmək»  kimi  başa
               düşülür. Bu elmin nə zaman və nə üçün belə adlandırılması ilə
               bağlı ehtimallar çox olmasa da, bir deyil. Fəlsəfənin mahiyyəti

               və  onun  ehtiva  etdiyi  məsələlər  barədə  konkret  tarix
               müəyyənləşdirmək  olmaz.  Bu  mə’nada  ki,  bəşəriyyətin  ilk
               filosofu elə onun babası Adəmdir (ə).
                   Fəlsəfə tarixi sahəsində yazılmış kitablarda rast gəldiyimiz
               ehtimallardan biri həmin terminin ilk dəfə Samoslu Pifaqor1
               tərəfindən  işlədildiyini  vurğulayır.  Lakin  daha  münasib
               ehtimal  fəlsəfə  terminini  məhşur  yunan  filosofu  Sokratla2
               əlaqələndirən  nəzəriyyədir.  Bu  ehtimala  görə  Sokrat  özünü
               filosof adlandıran ilk şəxs olmuşdur. Sokrat bu adı öz üzərinə
               götürdüyü zaman –Sofizm (Sophisma) adı ilə geniş yayılmış
               bir  məktəblə  elmi  mübahisələr  aparmaqda  idi.  Bu  məktəbin
               nümayəndələri, yə’ni  Sofistlər  özlərini  alim,  müdrik  (sofizm
               sözünün mə’nası belədir) adlandırsalar da elm və idrakın əsl
               düşmənləri idilər. Onlar heç bir şeyin həqiqət olmadığını iddia
               edir, həqiqət varsa da onu dərk etməyin qeyri-mümkünlüyünü
               söyləyirdilər.  Sofizm  əsasən  materialist  yönümlü  bir
               anlayışdır,  lakin  bu  anlayışla  heç  materiyanı  da  dərk  etmək
               mümkün deyildir. Sofistlər öz müddəalarını isbat etmək üçün
               bütün məntiqi qanunlara zidd olan yalançı bir üslubdan istifadə
               edirdilər.  Bu  üsluba  Sofistika1  deyilir.  Sofistlər  vahid
               məktəbdə birləşmirlər. Lakin Cənubi İtaliyada meydana gəlmiş
               «Eleya məktəbi» bu sahədə daha çox fərqlənir.
   242   243   244   245   246   247   248   249   250   251   252