Page 251 - Islamic Studies 06
P. 251

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 250

               öz  fikirlərinin  əsası  qərar  verdi.  O  şübhənin  mövcudluğunu
               həqiqətin  mövcudluğuna  dəlalət  edən  başlıca  amil  hesab
               edirdi.  Sonralar  Dekart  öz  fəlsəfəsini  «Goqito  erqo  sum  –
               düşünürəmsə,        deməli     mövcudam»         prinsipi    üzərində
               sistemləşdirdi.  Dekartın  bu  prinsipində  yanlış  məqamların
               olduğunu  ikinci  fəsildə  açıqlayacağıq.  Lakin  qeyd  etmək
               lazımdır ki, bu filosofun Sofizm cərəyanından olan müasirləri

               ilə  mübarizəsindəki  nailiyyətləri  inkarolunmazdır.  Dekart
               riyaziyyatda  analitik  həndəsənin,  kosmoqoniyada  Günəş
               sisteminin  təbii  inkişafının,  fiziologiyada  reaksiyaların
               reflektor hadisəsinin ilk elmi təsvirlərinin banisi sayılır. Onun
               məhz  bu  elmi  nüfuzu  öz  fəlsəfəsinin  vüs’ət  tapmasında
               mühüm rol oynamışdır.
                   Müasir      Avropa      fəlsəfəsinin     formalaşması       haqda
               danışarkən İmmanuil Kantın1 da rolunu qeyd etmək lazımdır.
               Onun  klassik  alman  idealizminin  yaranmasında  da  xüsusi
               xidmətləri olmuşdur. Kant fəlsəfəsi özünün tənqidi çıxışları ilə
               fərqlənmişdir.  Bu  fəlsəfəyə  tənqidi  fəlsəfə  (critical
               philosophgy),  yaxud  transsendental  idealizm  deyilir.  Kant
               empirizm dalğasından, başqa sözlə desək «Təcrübəyə bağlılıq»
               ruhundan  tam  xilas  ola  bilməmişdi.  Bununla  belə  o,
               metafizikaya,  xüsusilə  də  Allaha  inanmağın  zəruri  olduğunu
               deyirdi. Yalnız, Kant təcrübədən kənarda qalan bu varlıqların
               dərkolunmazlığını  iddia  edirdi.  Bu  filosofa  görə  bizim  hiss
               üzvləri  ilə  dərk  edə  bilmədiyimiz  şeylər  «özündə  şey»
               sayılmalıdır. «Özündə şey» isə dərkolunmazlıqdır.
                   Bir  müddət  sonra  Kant  idealizmi  məşhur  filosof  Georq
               Vilhem  Fridrix  Hegel2  tərəfindən  inkişaf  etdirildi.  Hegel
               alman  idealizminin  əsas  nümayəndələrindən  sayılır.  O,
               materiyanın  deyil,  ruhun  əsas  və  birinci  olduğuna  inanırdı.
               Lakin Hegelin  varlıq  barədə sistemləşdirdiyi  tə’lim, həqiqəti
               bir növ inkar etmək idi. Bu tə’lim thesis-antithesis-synthesis
   246   247   248   249   250   251   252   253   254   255   256