Page 249 - Islamic Studies 06
P. 249

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 248

               məqalə şəklində yazmağa başlamış, lakin bu elmə heç bir ad
               qoymamışdı.  Sonralar  Aristoteldən  qalan  əsərləri  cəm  edib
               ensiklopediya halına gətirdilər. Yuxarıda qeyd etdiyimiz elmi
               sahə,  yə’ni  Aristotelin  fəlsəfi  fikirləri  bu  kitabda  fiziki
               elmlərdən sonra yer tutdu. Bu elmin xüsusi bir adı olmadığı
               üçün onu «Metafizika», yə’ni «fiziki elmlərdən sonrakı elm»
               adlandırdılar.  Bu  ad  həmin  elmə  ensiklopediyanın  tərtibinə

               əsasən qoyulmuşdu. Tədricən bu məsələ unuduldu və alimlər
               belə bir qənaətə gəldilər ki, metafizika bu elmin mahiyyətinə
               əsasən meydana gəlmişdir. Belə ki, Aristotelin fəlsəfi fikirləri
               ilahiyyata  və  ümumi  əqli  məsələlərə  aid  olduğu  üçün  belə
               adlandırılmışdır.  Beləliklə,  metafizika  öz  həqiqi  mə’nasını
               itirib, «Transfizika –fizikadan başqası» anlamını kəsb etdi. Bu
               məsələ  ilk  növbədə  Avropa  filosoflarının  arasında  meydana
               gəlmiş və yayılmışdır.
                   İsa  Məsihin  (ə)  peyğəmbərliyindən  sonra  xristianlıq
               dininin geniş yayılması fəlsəfi fikirlər üçün yeni bir mərhələ
               oldu.  Bu  mərhələni  antik  fəlsəfə  (Sokrat,  Platon,  Aristotel
               fəlsəfəsi) ilə xristian dini tə’limlərinin qarşılıqlı əlaqələri təşkil
               edirdi. Bu qarşılıqlı əlaqələr Avropa kilsələrində tədris olunan
               «Sxolastik fəlsəfəni» (Scholasticos) meydana gətirdi. Sxolastik
               fəlsəfə  təhrif  olunmuş  Bibliya2  tə’limlərini  əsas  götürərək
               özünəməxsus        bir    fəlsəfi   sistem     yaratdı.    Sxolastika
               nümayəndələri bu sistemi yaratmaqla Avropada yeganə fəlsəfə
               təmsilçisinə  çevrildilər.  Avropa  fəlsəfəsinin  ən  böyük
               «bədbəxtliyi» də, məhz bu olmuşdur.
                   Sxolastika tə’limində metafizika kor-koranə şəkildə qəbul
               olunur, dünyanın fiziki mənzərəsi yalnız Ptolomeyin1 baxışları
               ilə izah edilirdi. Onlar öz tə’limləri ilə ziddiyyət daşıyan hər
               hansı  bir  nəzəriyyəni  rədd  edir,  həmin  nəzəriyyə  sahiblərinə
               divan  tuturdular.  Fizika  alimlərinin  hələ  13-14-cü  əsrlərdəki
               cəhd və kəşfləri sxolastikanın, xüsusilə də bu fəlsəfi cərəyan
   244   245   246   247   248   249   250   251   252   253   254