Page 252 - Islamic Studies 06
P. 252

Nəhcül-bəlağədə vəhdət prinsipi / 251

               kimi formalaşan «inkarı inkar qanunu» idi. Bu qanun iki əks
               şeyin vəhdətini tərənnüm edir. Bu vəhdət, həm də mübarizədir.
               İki əks şey bir-biri ilə mübarizə edir və nəticədə şey öz əksini
               «inkar» edərək məhvə mə’ruz qoyur. Lakin bu elə məhvdir ki,
               ondan inkarı inkar edən üçüncü bir şey törəyir. Deməli, birinci
               şey  –  thesis,  ikinci  onu  inkar  edən  əkslik  –  antithesis  və
               nəhayət yaranmış üçüncü şey, inkarı inkar edən – synthesis -

               dir.  Hegelin  bu  təfəkkürü  19-cu  əsrdə  «Sol  hegelçilər»in
               meydana gəlməsinə səbəb oldu. Onların lideri Karl Marks1 idi.
               Marks,  Hegelin  idealizmini  darmadağın  edərək  radikal  bir
               materializmin  bünövrəsini  qurdu.  Qeyd  etmək  lazımdır  ki,
               Hegelçiliyin  materialistcəsinə  təhlil  olunmasında,  Marks,
               bilavasitə  alman  ateisti  Lüdviq  Feyerbaxın2  müstəsna  tə’siri
               altında olmuşdur. Marks Hegelin «inkarı inkar qanunundan»
               daha  kəskin  və  ateist  nəticələr  çıxarmışdı.  O,  bu  qanunu
               ümumiləşdirərək  dialektika  və  tarixi  materializmin  əsasını
               qoydu. Dialektika və tarixi materializmə görə iqtisadi amillər
               hər hansı bir cəmiyyətdə onu inkar edən əkslik rolunu oynayır.
               Bu  əksliyin  həmin  cəmiyyəti  inkar  etməsindən  yeni  bir
               cəmiyyət  meydana  gəlir.  Marks  bu  qanuna  əsasən,  inkişaf
               etmiş  bütün  kapitalist  cəmiyyətlərinin  sosializmə  keçəcəyini
               düşünürdü.  Biz  Marksizmin  nə  qədər  gülünc  bir  nəzəriyyə
               olduğunu  «Sosializm,  Kapitalizm  və  İslam  iqtisadiyyatı»
               kitabında bəyan edəcəyik.
                   Kantdan  başlayaraq  Almaniyada  idealizmin  formalaşdığı
               bir dövrdə Fransa filosofları «təcrübəyə doğru geriyə» şüarını
               irəli  sürdülər.  Bu,  yaranmaqda  olan  yeni  bir  təfəkkürün,
               «Pozitevizm  fəlsəfəsi»nin  şüarı  idi.  Pozitevizm  fəlsəfə  və
               metafizikaya  qarşı  daha  «qəddar»  mövqe  tutmuşdu.  Bu
               məktəbə görə, ümumi əqli məsələlərdən bəhs edən fəlsəfə və
               metafizika adlı heç bir şey yoxdur. Pozitevizmin banisi Ogüst
               Kont3 sayılır. İngiltərədə isə bu fikri inkişaf etdirən və vüs’ət
   247   248   249   250   251   252   253   254   255   256   257