Page 242 - Islamic Studies 06
P. 242
Nəhcül-bəlağədə vəhdət prinsipi / 241
çatdıqları mərhələyə qənaət etməli olurlar. Onlar bu mərhələyə
çatmaqla öz məqsədlərinə nail olduqlarını zənn edir, amma bir
addım irəli getdikdə qarşılarında yeni-yeni mətləblərin
açıldığının şahidi olurlar.
Nəticə
Allah-taalanın insanları yaratmaqdan məqsədi onların ka-
milliyə çatması və ilahi-əxlaqi dəyərlərə yetişmələri olmuşdur.
Və buna görə də Allah-taala bəndələrilə öz arasında müxtəlif
vasitələrlə əlaqə saxlamışdır. Bu mənəvi əlaqə və rabitələrin
hamısının kökü «vəhy» deyilən ilham qüvvəsinə qayıdır. Baş-
qa dillə desək, tanrının insanların haqqa yönəlmələri və vic-
danlarının oyanması üçün onlara mənəvi qüvvələr ilə ilham et-
1
məsinə «vəhy» deyilir. Başqa ibarətlə desək, İslam dinində
İlahi xəbərlərin peyğəmbərlərin vasitəsilə dərk olunmasına
«vəhy» deyilir. Buna əsasən «vəhy» üç qismə bölünür:
1. Allahın heç bir vasitə olmadan, yəni birbaşa peyğəmbər
ilə söhbəti. (Allah-taalanın «merac»da heç bir vasitə olmadan
Məhəmməd peyğəmbərlə (s) söhbətini buna misal çəkmək
olar).
2. Allahın hansısa bir vasitə ilə peyğəmbərlərlə söhbəti
(Allahın «Tur» ağacına vəhy etmək yolu ilə Musa peyğəmbər-
lə (ə) danışığı kimi).
3. Allahın peyğəmbərlərə mələk nazil edərək xəbər gön-
dərməsi
İslam alimlərinin nəzəri budur ki, Qurani-kərimin Məhəm-
məd peyğəmbərə (s) nazil olması vəhyin üçüncü qisminə aid
olunur. Qurani-kərim bu məsələyə belə işarə edir:
«Ruhul-Əmin (Cəbrayıl adlı mələk) sənin qəlbinə vəhy
edir» (Şüəra, 194)
- «Vəhy» lüğətdə «işarə», «ilham», «sirr» və «yazmaq» mənasınadır 1