Page 14 - Islamic Studies 06
P. 14
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) /13
(nəfsi) istəklərinə uyandan daha çox azğın kim ola bilər?!
1
Həqiqətən, Allah zalım tayfanı doğru yola yönəltməz.”
Başqa bir ayədə Allah-Taala buyurur: “(Məbud, Allaha
yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və
atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey
deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-
sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi
istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara
hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir.“2
Lakin yuxarıda qeyd edilən radikal qruplar və onların
nadan başçıları İslam gənclərini dində həddini aşmağa və
İslam dini ilə əlaqəsi olmayan çirkin əməllərə sövq etdilər.
Allah-Təala buyurur:“De:
«Ey kitab əhli, öz dininizdə haqsız yerə ifrata varmayın
(bəşər övladını Allah və ya Allahın oğlu, yaxud üç Allahdan
biri hesab etməyin) və həmçinin bundan qabaq (fitrətin düz
yolundan) azmış, çoxlarını azdırmış və doğru yoldan
(peyğəmbərlərin şəriətlərindən) sapmış dəstənin nəfsi
3
istəklərinə tabe olmayın».”
Əlbəttə ki, dində həddini aşaraq İslam gənclərini
radikallığa və İslam dini tərəfindən lənətlənmiş terror
hadisələrinə cəlb edənləri şeytan aldatmış, onları doğru
yoldan uzaqlaşdıraraq onların çirkin əməllərini gözəl
göstərmişdir. Uca Allah Qurani-Kərimdə belə insanlar
1 - Əl-Qəsas surəsi ayə 50
2 - Ən-Nəcm surəsi ayə23
3 - Əl-Maidə surəsi ayə77