Page 97 - Islamic Studies 07
P. 97
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 96
“Mütəal Allah siz Əhli-beytdən hər növ çirkinlikləri aparmaq,
1
sizi pak-pakizə qərar vermək istəyir.”
Bu ayələrə əsasən, Qur`ani-Kərim elə bir mənbədən qaynaqlanır
ki, adi insanların düşüncə qüvvəsi onun dərk etməkdə və oraya nüfüz
etməkdə acizdir; Allahın pak-pakizə qərar verdiyi bəndələrdən,
Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) başqa bir kimsə bu barədə
azacıq idraka malik deyildir.
Başqa yerdə isə buyurulur:
“Qur`ana iman gətirməyən bu şəxslər o şeyi təkzib etdilər ki,
onun elminə əhatə tapmamışdılar və onun tə`vili onlar üçün
müşahidə olunmamışdır (yə`ni əşyaların həqiqətinin əyani olaraq
göründüyü qiyamət gününü təkzib etdilər).”
Digər bir yerdə isə belə buyurulur:
“Qur`anın tə`vilinin (bütün Qur`anın) müşahidə olunduğu bir
gündə onu unudan şəxslər nübüvvət də`vətinin doğru olmasını
2
e`tiraf edəcəklər.”
1 “Əhzab” surəsi, ayə-33
2 “Ə᾿raf” surəsi, ayə-53