Page 94 - Islamic Studies 07
P. 94

Dini təfəkkür (Əllamə Təbatəbainin baxışında) / 93

               törətməsi  mümkündürmü?  Mütəal  Allah  Öz  kitabında  buyurur:
               “Paklar pakların, napaklar da napkalarındır.”


                    Başqa  yerdə  buyurulur:  “Yaxşı  torpaq  öz  bitkilərini  yaxşı
                                                                                     1
               cücərdir,  pis  torpaq  da  cüz`i  məhsuldan  başqa  bir  şey  vermir.”
               Deməli, aydın olur ki, Qur`ani-Kərimin zahiri və batini, batininin də
               müxtəlif  mərhələləri  vardır.  Qur`ani-kərimin  məzmununu  bəyan
               edən hədislər də həmin qaydada üzrədir.


                    QUR`ANDA TƏ`VİL (YOZUM)

                    İslamın əvvəllərində əksəriyyət təşkil edən sünnülərin arasında
               kifayət  qədər  dəlil  mövcud  olduğu  halda,  Qur`ani-Kərimin  zahiri
               mə`nasından dönüb onun digər bir mə`naya yozulması adi bir hal idi
               və  adətən  zahiri  mə`nanın  əksinə  götürülən  bu  kimi  yozumlar

               “tə`vil”  adlandırılırdı.  Qur`ani-Kərimdə  tə`vil  adlandırılan  digər
               ifadələr də məhz bu mə`nanı çatdırır.

                    Sünnülərin mö`təbər kitablarında, eləcə də müxtəlif məzhəblər
               arasında aparılan elmi mübahisələrdə din alimlərinin fikir birliyi ilə,
               yaxud  başqa  dəlil  vasitəsilə  sübuta  yetən  bir  məsələ  Qur`an

               ayələrinin zahiri mə`nası ilə müxalif olduğu təqdirdə tə`vil edilərək
               zahiri mə`nadan başqa bir mə`naya götürülürdü. Bə`zən müəyyən
               bir məsələ ətrafında mübahisə aparan iki nəfər bir-birinə zidd olan
               iki nəzəriyyəni sübuta yetirmək üçün bir ayəni höccət kimi gətirir,
               onun iki tərəfindən biri ni tə`vil edirdi.


                    Bu qayda müəyyən mə`nada şiələrə də sirayət etmişdir və belə
               hallara  onların  bə`zi  kəlami  məktəblərində  də  rast  gəlmək  olur.
               Lakin Qur`an ayələrinə və Əhli-beyt (ə) hədislərinə lazımı diqqət
               yetirildikdə aydın olur ki, Qur`ani-Kərim misilsiz söz üslubundan
               faydalanaraq,  heç  vaxt  müəmmalı  və  zəif  qaydalardan  istifadə


               1  “Ə᾿raf” surəsi, ayə-58
   89   90   91   92   93   94   95   96   97   98   99