Page 95 - Islamic Studies 07
P. 95
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 94
etməmiş, öz mə`na və məfhumlarını xalq arasında mövcud olan
ifadə tərzi ilə çatdırmışdır; Qur`ani-Kərimdə “tə`vil” adı ilə qeyd
olunan sözlər dəlalət formasında deyil, ümumxalq idrakının
fövqündə dayanan həqiqi və real gerçəkliklər şəklində gətirilmişdir;
Qur`anın əməli hökmləri və e`tiqadi maariflərinin mənşəyi də məhz
onlardır.
Bəli, Qur`anın hər bir ayəsinin tə`vili vardır və onu sadə təfəkkür
yolu ilə dərk etmək olmaz; bunları sözlə ifadə etmək də mümkün
deyildir. Bu kimi yozumları yalnız bəşəriyyətin düçar olduğu
aludəçiliklərdən uzaq olan peyğəmbərlər, pak imamlar və ilahi
övliyalar batini müşahidə yolu ilə dərk edə bilərlər. Qeyd etmək
lazımdır ki, Qur`anın tə`vili qiyamət günü hamı üçün aşkar
olacaqdır.
İzah: Mə`lum məsələdir ki, insanları danışmağa, hər hansı bir dil
və nitqi yaratmağa və sözlərdən istifadə etməyə məcbur edən məsələ
onun maddi-ictimai ehtiyacları olmuşdur. İnsanlar ictimai həyatda
bir-birləri ilə ünsiyyət yaratmaq, ehtiyac duyduqları və zəruri
sandıqları fikirlərini başqa insanlara çatdırmaq məcburiyyətində
idilər. Onlar bu məqsədi həyata keçirmək üçün səsdən (tələffüzdən)
və qulaqdan kömək alır, bə`zi hallarda gözdən və işarədən də istifadə
edirdilər. Deməli, bu halda lallarla korların arasında heç bir anlaşma
mövcud olmamışdır. Çünki, kor insanın dildə dediyini kar insan
eşitmir, kar insanın işarə ilə başa saldığını kor insan görmürdü. Buna
görə də dillərin yaradılması və əşyalara ad qoyulmasında maddi
məqsədlər nəzərdə tutulmuş, müəyyən şeylər, vəziyyətlər və hallar
üçün ayrı-ayrı kəlmələr yaradılmışdır; bunların hamısı maddi
mə`naları daşıyan, hiss orqanları tərəfindən duyulan, yaxud
hissiyyata yaxın ifadələr idi. Diqqət yetirsək görərik ki, duyğu
üzvlərindən hər hansı birini itirən şəxslə həmin hiss tərəfindən idrak
olunan şeylər barəsində danışmaq istədikdə bir növ təmsil və