Page 258 - Pure Life 13
P. 258

354  / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

                  Məsələn,     Britaniyanın     Hindistanı    işğal    etməsi
               Hindistanın  öz  qoşunları  tərəfindən  həyata  keçirilmişdi,
               çünki  onlar  müntəzəm  olaraq  maaşlar  verildiyinə  və
               mənfəət  götürdüklərinə  görə  Britaniyaya  xidmət  etməyi
               seçmişdilər. London bir vaxtda çox sayda müharibə apara
               biləcəyini  də  göstərərək  diqqətəlayiq  bir  qabiliyyət
               nümayiş  etdirdi  və  nadir  hallarda  bu  müharibələrdə
               məğlub oldu.


                   -   Faşist Almaniyası: 1933-1945
               Faşist  Almaniyası  1  ci  Dünya  müharibəsini  uduzduqdan
               sonra  dərhal  yenidən  qüdrətlənmək  üçün  Adolf  Hitlerin
               başçılığında  əməliyyatlarabaşlamışlar.  Nəticədə  dövlət  2
               ci  Dünya  müharibəsinə  qədər  dünyanın  ən  güclü
               dövlətlərindən ola bilmişdir.

                   -  SSSR: 1922-1991
               SSSR 1922 ci ildə qurularaq Sosyalist sistem daxilində 71
               il  mövcud  olmuşdur.  1991  ci  ildə  dağılan  birlik  dünya
               xəritəsinin önəmli dərəcədə dəyişməsinə təsir etmişdir.

               Nəticə
               Bəşəriyyət  yarandığı  gündən  bu  zamana  qədər  yuxarıda
               sadalanan  böyük  imperiyalar  meydana  gəlmiş,  bəziləri
               uzun  müddətli  olsalar  da,  aradan  getmişdir.    Bu,  onun
               nəticəsidir ki, bu dövlətlərin heç biri Allahın vədə verdiyi
               ədalətli dövlət prinsiplərilə qurularaq idarə edilməmişdir.
               Baxmayaraq ki, insan bu dünyada belə bir dövləti qurmaq
               qüdrətinə sahibdir.
   253   254   255   256   257   258   259   260   261   262   263