Page 262 - Pure Life 13
P. 262
350 / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
E.ə. 480-ci ildə imperiyanın əhalisinin sayı təxminən
49,4 milyon idi, bu da həmin vaxt dünya əhalisinin 44
faizini təşkil edirdi. Əhəmənilər imperiyası Yaxın Şərq,
Şimali Afrika, Mərkəzi Asiya, Hindistan və Aralıq dənizi
ətrafı bölgələr daxil olmaqla dünyanın bir çox regionunu
birləşdirən ilk imperiya oldu, Yunanıstan və Hindistan
kimi yerlərə imperiya anlayışını gətirdi.
Belə böyük bir imperiya yalnız hərbi güclə yaradıla
bilərdi, Əhəmənilər imperiyasının hərbi nailiyyətləri
imperiya İsgəndərin orduları tərəfindən qəflətən süquta
uğradıldığına görə çox vaxt unudulsa da, bu nailiyyətlər
əhəmiyyətli idi.
İmperiya apardığı əməliyyatlarla babillilər, lidiyalılar,
misirlilər və indi Pakistan ərazisi olan şimal-şərqi hindu
regionu daxil olmaqla, dünyanın inkişaf etmiş
sivilizasiyalarının əksəriyyətini özünə tabe etməyi bacardı.
Əhəmənilər imperiyasının hakimiyyəti Yaxın Şərqdə
harmoniya və sülh dövründə 200 il sürdü, bu, nadir
hallarda təkrarlanan bir qəhrəmanlıqdır.
Əhəmənilər imperiyasının imperiya ideyaları
baxımından dünya üçün qoyduğu irsə yol şəbəkələri, poçt
sistemi, idarəetmədə vahid bir dildən (arami dili) istifadə,
müxtəlif etnik qruplara muxtariyyət verilməsi və
bürokratiya daxildir.
- Makedoniya İmperiyası
e.ə 336-323 cü illərdə mövcud olmuş bu imperatorluq
Böyük İskəndər tərəfindən qurulmuşdur. Sadəcə 13 il var
olan imperatorluq tarixdə ən güclü imperatorluq kimi qala
bilmişdir.