Page 259 - Pure Life 13
P. 259

İslamda Siyasət və Idarəetmə  /353

                   -  Çar Rusyası: 1547-1917
               Rusya Çarlığı Osmanlı İmperyası ilə imzaladığı Karlofça
               müqaviləsindən  sonra  hegemonluğunu  qorumuş  və  həm

               ərazisi  həm  də  hərbi  gücünə  görə  tarixin  ən  güclü
               imperyası olmuşdur.

                   -  Britaniya İmperiyası
               Müasir      dünyanı     yaradanlar      mahiyyət      etibarilə
               britaniyalılar olub. Britaniyanın nümayəndəli demokratiya
               qurumları  Monteskyö  kimi  fransız  maarifçiliyinin
               nümayəndələrinin  Avropanın  digər  müasir  dövlətlərinə
               nüfuz     etmiş     müasir     hakimiyyət      nəzəriyyələrini
               yaratmalarına öz təsirlərini göstəribər.
                  ABŞ-ın      əsas    xüsusiyyətləri-liberalizmə     bağlılıq,
               qanunun      aliliyi,   vətəndaş    hüquqları    və    ticarət-
               britaniyalılardan götürülüb və bütün dünyaya yayılıb. Bu
               xüsusiyyətlərin  əksəriyyəti  İngiltərədə  uzun  müddət
               ərzində böyük bir planın nəticəsi olaraq yox, təbii şəkildə
               inkişaf edib.
                  Bu  xüsusiyyətlər  Britaniya  imperiyasının  böyüyüb
               inkişaf  etməsinə  və  nəzarətində  olan  əraziləri  əlində
               saxlamasına  da  kömək  etdi.  Bundan  başqa,  imperiyanın
               nümunəsi istər maddi, istərsə də donanma gücünə görə bir
               çox yerlərdə təkrarlandı.
                  XX  əsrin  əvvəlində  zirvədə  olan  Britaniya  imperiyası
               ərazisini bütün dünyanın demək olar ki, dörddə biri qədər
               böyütmüşdü,  hələ  tarixdə  bu  böyüklükdə  ərazisi  olan
               imperiya  görülməmişdi.  Bu  nailiyyət  böyük  bir  ordu
               vasitəsilə yox, daha çox təşkilati bacarıqlar və maddi güc
               hesabına əldə edilmişdi.
                  Monqol  işğalları  Avropadan  İpək  Yolunun  yanından
               keçən dəniz yollarının qurulması ilə birgə Mərkəzi Asiyanın
               önəmli bir region kimi əhəmiyyətini məhv etdi.
   254   255   256   257   258   259   260   261   262   263   264