Page 260 - Pure Life 13
P. 260

352  / ( PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

                  Bütün  dünyada  təkcə  iki  milyon  monqol  olmasına
               baxmayaraq,  onlar  Çingiz  xanın  nəslindən  olan
               hökmdarların  başçılığı  ilə  Yaxın  Şərq,  Rusiya  və  Çinin
               əksər  ərazilərini  işğal  etdilər.  Ən  parlaq  dövrlərində
               Yaponiyanı işğal edə bilməmələri və b.e. 1260-cı ildə Əyn
               Cəllud  döyüşündə  məğlub  olmaları  istisna  olmaqla  o
               qədər də çox uğursuzluqla üzləşmədilər.
                  Əhalinin  az  olmasına  baxmayaraq,  monqollar  döyüşə
               böyük və çevik qoşunlar çıxarırdılar. Monqolların işğalları
               nəticəsində  milyonlarla  insan  həlak  olsa  da,  imperiyanın
               hər yerinə ticarət yayıldıqca qısamüddətli sülh və inkişaf
               dövrü  yarandı.  Ümumi  götürdükdə  isə  monqollar
               imperiyanı  idarə  edə  bilmədiklərini  göstərdilər  və
               imperiya  sonda  hər  biri  tənəzzül  edən  dörd  xanlığa
               parçalandı.
                  Tez  bir  zamanda  böyük  əraziləri  işğal  edən
               imperatorluq 1294 cü ilə qədər mövcud olmuşdur.

                   -  Osmanlı İmperiyası: 1299-1923
               1299 cu ildə Osman Bəy tərəfindən qurulan imperatorluq
               tarixdə ən uzun hakimiyyəti olan imperatorluq olmuşdur.
               1699  cu  ildə  Karlofça  müqaviləsi  ilə  imperatorluq  süper
               güc olma istiqamətindəki mübarizəsini dayandırmışdır.

                   -   İspanya İmperiyası: 1492-1898
               1492  ci  ildə  Amerika  qitəsinin  kəşfi  ilə  qurulan  imperiya
               1550  ci  illərdə  qüdrətli  imperya  olmuşdur.  Ancaq  bu
               hökmranlıq 1648 ci ilə qədər davam etmişdir.
   255   256   257   258   259   260   261   262   263   264   265